Bu qidadan imtina etməklə 63 kq arıqladı

Bu qidadan imtina etməklə 63 kq arıqladı133 kq çəkidə olan Dezire adlı britaniyalı qadın yüksək karbohidratlı qidaları kəsərək 63 kiloqram arıqlayıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, qadının uğurunun sirri "Express" nəşrində yayımlanıb.

Dezire bildirib ki, bütün həyatı boyu artıq çəkidən əziyyət çəkib. 5 yaşında onun çəkisi 40 kiloqram olub. 8 yaşında ona qalxanabənzər vəzi problemi diaqnozu qoyulub və bu, piylənmə ilə nəticələnib.

"Mənim əkiz bacım və 3 böyük bacım həmişə Barbi kuklalarına bənzəyirdi. Eyni idmanla məşğul olur və eyni yeməyi yeyirdik. Bəzən gündə 2 dəfə idman zalına gedirdim. Kalori çatışmazlığı yaratmağa çalışırdım, amma heç nə kömək etmədi. 23 yaşımda çəkim 133 kiloqramdan çox idi.

Bir dəfə ailəmlə birlikdə Disneylendə getdik və atraksiona minmək üçün 2 saat növbədə dayandıq. Lakin atraksiona oturanda qarnım çox böyük olduğundan hamının gözü qarşısında oranı tərk etməli oldum. Və anladım ki, artıq arıqlamaq üçün effektiv bir üsul tapmaq lazımdır", - o, açıqlamasında qeyd edib.

Dezire həkiminin illər əvvəl ona tövsiyə etdiyi arıqlama əməliyyatını seçib. Əməliyyatdan sonra o, ciddi pəhriz saxlayıb və bir neçə həftə yalnız maye yemək yeyib. Qadın tədricən lobya, qatıq, kəsmik, yulaf püresi və yumurta kimi yumşaq qidalara keçib. Nəhayət yenidən ət və tərəvəz yeməyə başlayıb. Bundan sonra Dezire müşahidə edib ki, düyü, əriştə və çörək mədəsində şişkinlik, ağrı yaradır.

Sonra o, karbohidratları az olan qidaları seçməyə başlayıb, bu da ona əlavə çəkidən daha tez qurtulmağa kömək edib. Birinci ildə Dezire "fast-food"u pəhrizindən tamamilə çıxarıb. O, sürətli deyil, davamlı nəticələr əldə etmək istədiyi üçün yeməklərin porsiya və kalori tərkibinə ciddi nəzarət etməyə başlayıb. Dezire 1 il ərzində hədəfinə çatıb və 63 kiloqram arıqlamağa müvəffəq olub.

Arıqlamaq istəyənlər üçün qadın porsiyaya nəzarət etməyi, düzgün qidalar yeməyi və həftədə 5-6 dəfə məşq etməyi tövsiyə edir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2618   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 969
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 768
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 866
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14.10.2026 866
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 980
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11.10.2026 808
.

Məşhurlar ən çox bu kokteyli içir

Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.

25.10.2026 966
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 424
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 823
.