Əri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlər

Əri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlərDörd aydır iki yaşlı övladının üzünü görə bilməyən ana Media.Az-a müraciət edib.

Qazaxıstan vətəndaşı olan Raksana Əzizova bu ölkədə doğulub boya-başa çatan azərbaycanlıdır.

Qadın dörd il əvvəl Azərbaycan vətəndaşı Yaqub Ramazanovla ortaq dostları vasitəsilə tanış olub və onunla ailə qurub.

Cütlük Azərbaycanda ailə qurub, iki il burada yaşayıb və onların nikahdan Zubair Ramazanlı adlı övladları dünyaya gəlib.

Körpə üç aylıq olanda ailə Qazaxıstana, Almatı şəhərinə köçüb.

Ailə qurmuş cütlüyün münasibətlərindəki gərginlik evlilikdən dərhal sonra başlayıb.

"Bilirsiniz, mənim ərim çox mürəkkəb xarakterə malikdir, o hesab edir ki, mən həmişə, hər məsələdə ona tabe olmalıyam. Vəziyyəti onun anası, qayınanam İradə Həsənova çətinləşdirir, o, məni qəbul etmir. Məni ələ salırdılar desəm, çox azını söyləmiş olaram. Toydan dərhal sonra qalmaqallar, qışqırıqlar, hücumlar başladı, ərim və qayınanam dedilər ki, mən onlar üçün heç kiməm, mənə demədikləri söz qalmırdı", - deyə qadın bildirib.

Raksana Əzizova analıq hissindən də həzz ala bilməyib, qayınana uşağın "qayğısını" öz üzərinə götürmək qərarına gəlib. Təbii ki, o bu barədə uşağın anasından icazə almayıb, oğlu da öz növbəsində anasına hər cür "dəstəyini" verib. Raksana narazılığını bildirmək qərarına gələn kimi əri onu döyməyə başlayıb.

"Olurdu ki, saçlarımdan tutub sanki bir torba kimi məni mənzildə sürüyürdü. Qayınanam isə heç vaxt mənə dəstək olmayıb, deyirdi ki, sən heç kimsən və yerini bilməlisən. Yadımdadır, körpəm altı aylıq olanda döyülməkdən və qalmaqallardan o qədər yorulmuşdum ki, əşyalarımı yığıb, uşağımı da götürüb Atırauya valideynlərimin yanına getdim. Həyat yoldaşım və qayınanam demək olar ki, hər gün zəng edib, bir daha mənə əl qaldırmayacaqlarına söz verir, qayıtmağımı istəyirdilər. Uşağımın atasız böyüməsini istəmədim, onlara inandım və geri qayıtdım. Lakin heç nə dəyişmədi. 2021-ci ilin oktyabrında baş vermiş son qalmaqal zamanı ərim təmirdən sonra evimizdə saxladığı armaturla məni az qala öldürəcəkdi. Mən qorxdum və polis çağırdım, amma sonra əlbəttə ki, ərim və onun qohumların mənə təzyiqindən sonra şikayət ərizəmi geri götürdüm", - deyə qadın qeyd edib.

Onun sözlərinə görə, bütün bunlardan sonra da ailədəki qalmaqallar davam edib, qayınana heç bir səbəb olmadan ərini hər gün ona qarşı qoyub.

"Polisə şikayət etdikdən sonra onlar mənə qarşı kin bəslədilər, amma uşağımı oğurlayacaqlarını ağlıma belə gətirməzdim. Həyətdə gəzintiyə çıxmaq bəhanəsilə oğlumu özləri ilə apardılar. Mən ağlıma belə gətirə bilməzdim ki, qayınanam ərimlə bərabər oğlumun oğurlanmasını planlaşdıra bilərlər. O vaxtdan bəri oğlumu görmürəm. Sonradan məlum oldu ki, onlar mənim icazəm olmadan övladımı Azərbaycana aparıblar. Sual ortaya çıxır, onlar bunu necə edə bildilər? Məsələ burasındadır ki, Qazaxıstan qanunlarına görə, əgər valideynlərdən biri uşaq kimi Azərbaycan vətəndaşıdırsa, o zaman onların digər valideynin yazılı icazəsi olmadan da Azərbaycana uçmaq hüquqları var. Qazaxıstanda müraciət etmədiyim yer qalmadı, heç bir faydası olmadı. Mən dərhal Azərbaycana gələ bilmədim, təəssüf ki, pandemiya səbəbindən bunu etmək mümkün deyildi. Yalnız dekabrın əvvəlində Bakıya uçdum, amma qayınanam dedi ki, mən ancaq uşağa baş çəkə bilərəm, başqa nəyəsə ümid etməyim mümkün deyil. Amma mən anayam, oğlumun cəmi iki yaşı var, onu oğurlayanda mən hələ körpəmə öz südümü verirdim. Başa düşün, o mənə çox bağlıdır. Mənsiz o, daim xəstələnir, amma mən ona heç nə ilə kömək edə bilmirəm, məni sadəcə olaraq onun yanına buraxmırlar", - ana göz yaşlarını güclə saxlayaraq danışıb.

Raksana xanım hazırda Bakıda qohumlarının evində yaşayır.

Onun əri mediasiya üçün ərizə versə də, məhkəmə iclasına gəlməyib.

Xatırladaq ki, ötən il Azərbaycanda "Mediasiya haqqında" qanun qüvvəyə minib. Ailə, əmək, mülki və iqtisadi mübahisələrdə münaqişə tərəfləri arasında tənzimlənmə zamanı mediasiya prosesindən istifadə olunur. "Mediasiya haqqında qanun"a əsasən, mediasiyanın məqsəd və prinsipləri tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

"Dekabrın 21-də yoldaşım mediasiya prosesinə gəlmədiyi üçün vasitəçidən arayış götürüb məhkəməyə ərizə verdim, dekabrın 30-da Yasamal Rayon Məhkəməsi ilkin qərar çıxardı, qərara əsasən, nə qədər ki, boşanma proses davam edir, həyat yoldaşım mənə dörd gün ərzində (cümə, şənbə, bazar və bazar ertəsi) uşağı verməyə borcludur. Keçmiş ərim və onun anası məhkəmənin qərarını yerinə yetirmir, məhkəmə icraçıları isə naməlum səbəblərdən fəaliyyətsizdirlər", - deyə qadın şikayət edir.

Əri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlərƏri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlərƏri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlərRaksana Əzizova narazıdır, çünki dekabrın 30-da qərar verilib, amma hələ də icra olunmayıb.

"Bu gün fevralın 15-idir və mən hələ də körpəmi görə bilmirəm. Mən vəkilimlə məhkəmə icraçısının, Yasamal rayon məhkəmə icraatının təşkili şöbəsinin müdiri, ədliyyə müşaviri Pərviz Zəkəriyyəyevin yanına getdim. Birlikdə keçmiş ərimin yaşadığı ünvana getdik, amma heç kim qapını açmadı və məhkəmə icraçıları sadəcə çiyinlərini çəkdilər. Azərbaycanın ədliyyə nazirinə, Prezidentə və Birinci vitse-prezidentə yazılı müraciət etdim... Mən çarəsiz durumdayam, nə edəcəyimi bilmirəm...", - qadın vurğulayıb.

Raksana Əzizova qeyd edib ki, məhkəmə icraçıları ona verdiyi son cavabda Yaqub Ramazanovun məcburi şəkildə prosesə gətirilməsinə dair qərar qəbul etdiklərini bildiriblər və müvafiq sənədi məhkəməyə göndəriblər.

"Sənədin surətində çoxlu səhvlər var, məni iddiaçı kimi təqdim etmək əvəzinə, əksinə, məni orada cavabdeh, keçmiş ərimi isə iddiaçı kimi göstərirlər. Bundan əlavə, hazırda oğlumu öz yanında saxlayan qayınanamın adı orada ümumiyyətlə çəkilmir. Başa düşürsünüzmü ki, mən hüquqi strukturlar tərəfindən qərəzli münasibət hiss edirəm, mənim xeyrimə qərar verilib, amma praktikada icra olunmur. Vəkilim müəyyən edib ki, icraçılar yuxarıdakı sənədi məhkəməyə belə göndərməyiblər. Bundan əlavə, ərim artıq bir neçə dəfə mənə "hamını ələ aldığını" bildirib və heç nəyə nail olmayacağamı söyləyib. Amma mən Azərbaycanda qanunun düzgünlüyünə inanıram! Ümid edirəm ki, bu iş ictimailəşəndən sonra müvafiq strukturlar buna diqqət yetirəcək", - qadın sözünü tamamlayıb.
Əri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlərƏri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1333   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.