Qışın ən böyük bəlası

Qışın ən böyük bəlasıTibb elmində ağciyər toxumalarının iltihabı kimi tanınan pnevmoniya bu il dünyada ən çox rast gəlinən xəstəliklər sırasındadır. İlk dəfə Yaponiyada aşkarlanan və 24 yaşlı bir gəncin ölümünə səbəb olan bu xəstəlik bir müddət sonra bütün dünyaya yayılıb.

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, pnevmoniyanın bir çox növləri var. Onlar arasında daha çox yayılanı və ən təhlükəlisi ocaqlı pnevmoniyalardır. Pnevmoniya zamanı ağciyərin tənəffüs yolları selikli-irinli maye ilə dolur. Bakteriyaların ağciyərdə yayılması və yaşaması selikli-irinin əmələ gəlməsinə səbəb olur. Pnevmoniya zamanı ağciyərin qan damarları zədələnir. Bakterial iltihab get-gedə bütün orqanizmə yayılır və bu da damarlara, ürəyə, mərkəzi sinir sisteminə mənfi təsir edir. Belə halda hətta sağlam adamda da qan laxtalanması baş verir. Xəstəlik müalicə olunmadıqda xəstə üçün daha təhlükəli hal əmələ gəlir. Bakteriya zəhərləri və ağciyər toxumalarının parçalanması zamanı yayılan maddələr orqanizmi zəhərləyir. Arterial təzyiq düşür, ürək yığılmaları tezləşir.

Pnevmoniya olan insanlarla az təmasda olmaq lazımdır. Çünki asqırma, öskürək, nəfəsalma zamanı mikroblar ətrafa yayılır. Pnevmoniyaya səbəb olan mikroblar bir insandan başqa birinə asanlıqla ötürülür.

Hər insanda orqanizmin bu xəstəliyə müqaviməti fərqlidir. Eyni virus başqa orqanizmdə ölümə belə səbəb ola bilər.

Səbəbləri:
1. Oksigen çatışmazlığı
2. Qapalı yerdə çox oturma
3. Oturaq iş şəraiti
4. Bakteriyalar
5. Viruslar
6. Ağır qrip
7. Soyuqdəymə
8. Zəhərlənmə
9. Şüalar
10. Kimyəvi maddələr

Pnevmoniya həm də allergiya nəticəsində yarana bilir.

Dünyada hər il 1000 insandan 15-i ağır pnevmoniyaya yoluxur. Onlardan səkkizində xəstəlik ölümlə nəticələnir. Səbəb, insanların bu xəstəliyə ciddi önəm verməməsidir.

Əlamətləri:
· Titrəmə
· Bəlğəm
· Sinə ağrısı
· Quru və xırıltılı öskürək
· Şiddətli başağrısı
· Hərarətin yüksəlməsi
· Yaddaş zəifliyi
· Yorğunluq, halsızlıq
· Sümüklərin ağrıması
· İştahasızlıq
· Dodaqda uçuq
· Susuzluq
· Baş gicəllənməsi
· Dilin quru və ağ olması

Xəstəliyə yoluxmamaq üçün...
Vaxtlı-vaxtında qidalanmaq, spirtli içkilərdən, siqaretdən uzaq olmaq və vitamin qəbulu xəstəliyin qarşısını almağın ilkin yollarıdır. Əgər oturaq və qapalı işdə çalışırsansa, hər bir saatdanbir ən az 15 dəqiqə təmiz hava almalısan.
Pnevmoniyaya qarşı peyvənd mütləqdir. Peyvənd daha çox xroniki ağciyər və şəkər xəstəliyi olanlara, böyrək çatışmazlığından əziyyət çəkənlərə, dalaq əməliyyatı olunanlara, alkoqol aludəçilərinə, AİDS xəstələrinə və 65 yaşdan yuxarı olan insanlara vurulmalıdır.

Müayinə:
Pnevmoniya müayinəsi pulmonoloqlar tərəfindən aparılır. Rentgen vasitəsilə xəstəyə diaqnoz qoyulur.

Müalicə:
Xəstənin olduğu otağın havası hər gün dəyişilməlidir. Xəstənin bədəni tez-tez spirtlə və ya içərisinə azca su qatılmış araqla silinməlidir. Xəstənin qidalanmasına diqqət yetirmək mütləqdir. Çoxlu maye qəbul etməli, sellülozlu ( kələm, çuğundur, xiyar) tərəvəzlər yeməlidir. Sağalma ərəfəsində vitaminlərə tələbat artır və bu zaman təbii tərəvəz və meyvələrlə yanaşı, polivitamin preparatlarından da istifadə edilməlidir. Pnevmoniyanın dərmanla müalicəsinin əsasını antibakterial vasitələr, bəlğəmgətirici preparatlar, bitki çayları təşkil edir.

Pnevmoniya...
· Kiçik uşaqlarda, yaşlılarda, ürək, böyrək və duz xəstəliyi olanlarda ölümlə nəticələnə bilər.
· Pnevmoniya iki həftə davam edir. Amma xəstəlik sağaldıqdan sonra xəstə iki həftə özünü halsız hiss edir.
· Pnevmoniya qadınlara nisbətən kişilərdə daha çox aşkarlanır.
· Qarayanız kişilər xəstəliyə daha meyillidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.