Kərim Cananın hansı səs yazılarını ortaya çıxaracaq?

Kərim Cananın hansı səs yazılarını ortaya çıxaracaq?Hər üç uşağının da qəyyumluğunu ala bilən Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova (Canana) OLAY-a açıqlama verib.

O, məhkəmənin qərarından sonra baş verəcək proseslərdən danışıb.

Canana bildirib ki, anaların duası və hakimin ədalətli qərarının sayəsində uşaqların qəyyumluğunu ala bilib:

"Həmin an çox sevindim, inanılmaz bir sevinc yaşadım. O dəqiqə xoşbəxtlikdən bilmədim kimi qucaqlayım. Həm də bir gün sonra mənim ad günüm idi. Bu mənə ən gözəl hədiyyə oldu. İnanmazdım ki, hər üç uşağın da qəyymluğunu ala bilərəm. Mən Allaha sığındım. Və inandım ki, qanun həqiqətən də var. Elə bilirdim ki, uşaqları həmin gün götürə biləcəm. Dedilər, onlar Ali Məhkəməyə müraciət etməsələr, bu qərar iki ay sonra qüvvəyə minəcək. Eşitdiyimə görə, onlar da çox qəzəbləniblər, deyiblər ki, Ali Məhkəməyə müraciət edəcəklər".

Canana keçmiş həyat yoldaşı Kərim Həmidovun "Səs yazılarını üzə çıxarmaq nədir, görəcək" açıqlamasına da aydınlıq gətirib:

"Kərim Moskvada olanda zəng etdi ki, kirayə qaldığımız evin vaxtı bitib, oranı tərk edin. Ondan sonra Mətanət xanımın evinə köçməli idik. Amma o da xoş olmayan nəsə dedi, mən getmək istəmədim. Övladlarımla birgə başqa evdə kirayəyə çıxdım. Hətta veşlərimi belə yığa bilmədim, maşınım da orada qaldı. Sonra zəng edib, maşını istədim ki, uşaqlar əziyyət çəkir, taksilərə öyrəşməyiblər. Nəyə görə uşaqlarımın haqqı olan maşını Mətanət xanımın ögey oğlu sürməlidir? Ya da niyə onların evi ola-ola kirayədə qalmalıdırlar? Bu məsələlərlə bağlı danışıqlarımız olub. O da həmin səs yazılarını nəzərdə tutur. Başqa heç nə ola bilməz. Çox şükür, hamının gözünün qarşısındayam. Hər gün uşaqlarla, analarla birlikdəyəm. Mənim alnım açıqdır".

Müğənninin keçmiş gəlinin sözlərinə görə, böyük oğlu Tuncayla hamının zənn etdiyi kimi münaisbətləri soyuq deyil:

"Hər kəs elə bilir ki, Tuncay mənə qarşı soyuqdur. Amma xeyr, belə deyil. O, çox fərqli uşaqdır. Özü də aktyordur. Dörd yaşından bu işlə məşğuldur. Müəllimləri də deyir ki, duyğusal uşaqdır. Həmişə ailə münaqişələri ilə bağlı videolara baxırdı. Ötən dəfə Lalə Azərtaşın verilişinə canlı bağlantı ilə qoşulmuşdu. Həmin gün mən çox pis oldum, xeyli ağladım. Tuncayın özü ilə danışdım. Dedim, ananın ad gününü niyə təbrik etmirsən? Dedi, edirəm, niyə etməyim. Sonra soruşdum ki, Tuncay verilişdə deyirlər, sən efirə özün qoşulmusan, düzdürmü? Dedi, yox, ana, heç məlumatım yox idi. Deməli, atası çağırıb ki, sən efirə qoşulmalısan. Çox böyük zərbə aldım. On iki yaşlı uşağı verilişə qoşub, anaya qarşı çıxarmaq nə deməkdir? Oğlum mənə gecə üçdə mahnı göndərmişdi, mənim ona oxuduğum laylayı ifa edirdi. Fikirləşdim ki, mənim uşağım niyə belə etsin axı? Onun səs yazması var məndə, deyir, ana, belə deyil".

Canana uşaqların nə üçün məhkəmədə dindirilməməsindən də söz açıb:

"Verilişdə məni qınadılar ki, dedim ki, uşağın fikri önəmli deyil. Əslində o mənada söyləmədim. Demək istəyirdim ki, uşağın atasının öyrətdiyi fikirlər önəmli deyil. Yoxsa mən övladlarımın düşüncələrinə hörmət edirəm. Həmişə onlardan nə istədiklərini soruşuram, məsləhətləşirəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1428   Tarix: 31 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.