Bakıda avtobusda maskadan istifadə etməyənlər cərimələnib
Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər cərimələnib.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai, Binəqədi, Nəsimi, Sabail, Sabunçu və Suraxanı rayonlarında polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.
"Vətəndaşlardan bir daha xahiş edirik ki, mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar", - məlumatda qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKanadada atışma olub, ölən var
Kanadanın Ontario ştatının şimalında, Toronto şəhərində atışma baş verib. "Report" xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb. Hadisə gecə saatlarında dayanacaqlardan birində baş verib. İlkin versiyaya görə, atışma iki avtomobilin sərnişinləri tərəfindən həyata keçirilib. Hadisə yerind
23.01.2022 1148 Azərbaycanda karantinlə bağlı YENİ QƏRAR: 24 yanvardan... - VİDEO
Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə salınır. Bununla bağlı Nazirlər Kabineti karantin rejiminə dair qərarlar qəbul edib. Dəyişiklik yanvarın 24-dən tətbiq olunacaq. Qərarda başqa dəyişikliklər də var. Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddət
23.01.2022 1887 Yaponiyada koronavirusa gündəlik yoluxma sayı 50 mini ötüb
Yaponiyada ilk dəfə olaraq COVID-19-a gündəlik yoluxma sayı 50 mini ötüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təkcə Tokioda 11 227 yoluxma halı qeydə alınıb. Rekord artım templəri fonunda yanvarın 21-dən fevralın 13-dək Tokioda və ölkənin 12 digər prefekturasında koronavirusu
22.01.2022 1011 İbrahim Kalın: "Ərdoğan və Bayden Qafqazı müzakirə edəcəklər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden müzakirələr zamanı Qafqaz məsələsinə də toxunacaqlar. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Romada "CNN Türk"ün suallarını cavablandırarkən bildirib. O, daha bir-iki gün İtaliyada qalacaqlarını deyib:. "Görü
30.10.2021 938 Zakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi
Oktyabrın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub
30.10.2021 1122 Cəlilabadda avtomobil 3 piyadanı vurub
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı minik avtomobili yoldan keçən 3 piyadanı vurub. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırm
30.10.2021 1064 Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qaracəmirli kənd ərazisində qeydə alınıb. Qəza nəticəsində 16 yaşlı N.Aslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Hadisənin səbəbi araşdırılır
16.01.2022 1150 Rusiyanın onlarla diplomatı gələn il ABŞ-ı tərk edəcək
Gələn il yanvarın 30-da Rusiyanın 30-dək diplomatı ABŞ-ı tərk edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. Səfir 2022-ci ilin iyulunda daha 27 diplomatın ABŞ-ı tərk edəcəyini vurğulayıb. Onun sözlərinə görə, diplomatları
28.11.2021 1009 Azərbaycanda vəzifəli şəxs işdən çıxaraq xaricə köçüb - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Vüqar Məmmədov vəzifəsindən azad olunub. "Report"un əldə etdiyi məlumata görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb. Dövlət Komitəsinin rəhbərliyi ərizəni qəbul edib. V.Məmmədov təhsil və iş üçün xaric
30.10.2021 2227