Azərbaycanda karantinlə bağlı YENİ QƏRAR: 24 yanvardan... - VİDEO
Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə salınır. Bununla bağlı Nazirlər Kabineti karantin rejiminə dair qərarlar qəbul edib. Dəyişiklik yanvarın 24-dən tətbiq olunacaq. Qərarda başqa dəyişikliklər də var.
Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti iki dəfə azaldılaraq 7 gün olacaq.
Nazirlər Kabineti karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edib. Qərarlara əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə salınıb. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat da şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək. İndiyə qədər bu sənəd 14 günə verilirdi.
Bundan başqa, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19-a yoluxduğu təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası da ləğv edilir.
Səhiyyə Nazirliyi də bu yeniliklər ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, karantin müddətlərinə dəyişiklik yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq edilib.
Nazirliyin sözçüsü bildirib ki, "Omicron" ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlar virusa yoluxma riskini azaldan göstərişlərə mütləq əməl etməlidirlər.
"Vətəndaşlarımızı gücləndirici "buster" doza ilə vaksin olunmağa çağırırıq" deyə qurum rəsmisi əlavə edib.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda mülkiyyət cinayətlərinin sayı açıqlanıb
Azərbaycan üzrə mülkiyyət cinayətlərinin say indeksi məlum olub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, ölkə üzrə bu il effektiv əməliyyat-axtarış
14.11.2021 1058 Ötən il Azərbaycan 57 şəxsi beynəlxalq axtarışa verib, 46 nəfərin yeri müəyyənləşdirilib
Ötən il Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə 57 şəxsi beynəlxalq axtarışa verib. "Report"un əldə etdiyi məlumata görə, 2021-ci ildə bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 46 nəfərin yeri müəyyən olunub. Xatırladaq ki, təqsirləndirilən şəxslərin axtarışının nəticələr
29.01.2022 1154 "O, bayrağı öpə-öpə getdi" - Şəhid Ceyhunun anası
"Sözün bitdiyi yerdir. Balam həkim idi. Universitet bitirdi, arzuları gözündə qaldı". Axşam.az xəbər verir ki, bu sözləri ötən gün Xızıda helikopter qəzasında şəhid olan tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun anası Rəqibə Seyidova ATV-yə müsahibəsində deyib. "O, əvvəllər də məni to
01.12.2021 3381 Meyxanaçı Rüfət Nasosnunun uşaq bağçasına dəvət edilməsi... - Psixoloq
"Rüfət Nasosnunun uşaq bağçasına girib meyxana oxuması məqsədəmüvafiq deyil". Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov "NurAy" uşaq bağçasında meyxana ifaçısı Rüfət Nasosnunun dəvət olunmasına aydınlıq gətirərkən deyib. Psixoloq meyxanaçının hərəkətini doğru hesa
16.12.2021 2505 Rusiyanın onlarla diplomatı gələn il ABŞ-ı tərk edəcək
Gələn il yanvarın 30-da Rusiyanın 30-dək diplomatı ABŞ-ı tərk edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. Səfir 2022-ci ilin iyulunda daha 27 diplomatın ABŞ-ı tərk edəcəyini vurğulayıb. Onun sözlərinə görə, diplomatları
28.11.2021 1027 Azərbaycanda karantinlə bağlı YENİ QƏRAR: 24 yanvardan... - VİDEO
Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə salınır. Bununla bağlı Nazirlər Kabineti karantin rejiminə dair qərarlar qəbul edib. Dəyişiklik yanvarın 24-dən tətbiq olunacaq. Qərarda başqa dəyişikliklər də var. Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddət
23.01.2022 1901 Bakının bu ərazisi suyun altında qala bilər - Ekspertdən XƏBƏRDARLIQ
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Qaradağ rayonundakı ekoloji vəziyyətlə (Binə ticarət mərkəzinin yerləşdiyi ərazi) ilə bağlı paylaşım edib. Ekspert sözügedən ərazidə qrunt sularının çoxalmasının təhlükəli vəziyyət yaratdığını deyib:. "Uzaqdan görünən Binə ticarət mərkəzidir. Ticarə
30.01.2022 1490 Azərbaycanda vəzifəli şəxs işdən çıxaraq xaricə köçüb - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Vüqar Məmmədov vəzifəsindən azad olunub. "Report"un əldə etdiyi məlumata görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb. Dövlət Komitəsinin rəhbərliyi ərizəni qəbul edib. V.Məmmədov təhsil və iş üçün xaric
30.10.2021 2245 Rusiyada son sutkada 113 122 yoluxma faktı aşkarlanıb
Rusiyada son sutkada 113 122 yeni yoluxma faktı aşkarlanıb. "Report" "Radio Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 14 570 nəfər koronavirus səbəbindən xəstəxanaya yerləşdirilib, 668 xəstə infeksiyadan dünyasını dəyişib. Beləliklə
29.01.2022 1253