Mehdiyevin nəvəsinin toyu ilə gündəmə gələn direktorun evindəki oğurluğun DETALLARI

Mehdiyevin nəvəsinin toyu ilə gündəmə gələn direktorun evindəki oğurluğun DETALLARIHeydər Əliyev adına liseyin direktoru Sevinc Orucovanın evində dayə işləyən və oradan külli miqdarda oğurluq etməkdə ittiham edilən Firuzə Müslümovaya (ad-soyad şərtidir) hökm oxunub.

"Qafqazinfo" məhkəmə materiallarına istinadən xəbər verir ki, S.Orucovanın qohumu olan F.Müslümova 77 800 manatlıq oğurluqda ittiham olunub.

Araşdırma zamanı məlum olub ki, gənc dayə uzun müddətdir həmin evdə işlədiyindən S.Orucovanın etimadını qazanıb. O, evdəki dəmir seyfin açarlarını direktorun əl çantasından gizlicə götürərək oğurluq əməlini törədib. 2019-2020-ci illərdə ümumilikdə seyfdən 20 min manat və 34 min dollar götürüb. F.Müslümovanın götürdüyü 34 min dollar Sevinc Orucovanın qardaşı Anar Orucova məxsus olub.

S.Orucovanın şikayəti əsasında başlanan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə ifadə verən Müslümova özünü qismən təqsirli bilib.

O deyib ki, 2015-2020-ci illərdə S.Orucovanın evində dayə işləyib: "Əsas vəzifəm onun oğluna baxmaq olub. Dayəliklə yanaşı, evdə təmizlik işləri də görürdüm. İşin müqabilində mənə 250 manat pul verirdi. 2018-ci ilin martından isə Sevinc xanım məni direktor işlədiyi Heydər Əliyev adına liseyə laborant kimi işə qəbul etdirdi. Orada əlavə maaş almağıma köməklik göstərdi. Sevinc xanımın evində uzun müddətdir çalışdığımdan ona məxsus qızılların və pulların yataq otağındakı seyfdə saxladığını bilirdim. Seyfin açarları da adətən güzgünün gözündə və ya Sevinc xanıma məxsus çantada olurdu".

F.Müslümova seyfdən götürdüyü pulların hamısının Orucovaya məxsus olduğunu, seyfdə qardaşına məxsus pul olmadığını deyib: "İlk dəfə 2019-cu ilin noyabrında Sevinc xanımın evdə olmamasından istifadə edib seyfin açarını götürdüm. Seyfi açanda gördüm ki, bağlamalarda həm dollar, həm də manatlıqlar var. Dollar bağlamalarından birini söküb bir az pul götürdüm. Sevinc xanım evə qayıtdıqdan sonra uşağı yatızdırıb öz evimə getdim. Evdə pulları sayanda 11 min dollar olduğunu gördüm. Növbəti dəfə isə Sevinc xanımın axşam parka düşməsindən istifadə edib yenidən açarı götürdüm. Seyfin alt gözündə manatlıqlar olan bağlamadan bir miqdar pul götürüb çantama qoydum. Axşam pulları saydıqda 14 min manat olduğunu gördüm".

Məhkəmədə məlum olub ki, cinayətin üstü Sevinc Orucovanın evə gizlicə kamera quraşdırmasından sonra açılıb. Belə ki, direktor seyfdəki pulların azaldığını görərək dayədən şübhələnməyə başlayıb. Daha sonra qardaşının köməyi ilə evə gizli kamera quraşdırıb. Mobil telefonu vasitəsilə evdəki proseslərə nəzarət edəndə görüb ki, dayə seyfdən oğurluq edir.

F.Müslümova oğurladığı pullarla maşınının kreditini ödədiyini bildirib: "2020-ci il martın 18-də Sevinc xanım, anası, qardaşı və bibisi oğlu ilə mənim evimə gələrək 80 min manat pul oğurladığımı dedi. Mən də cəmi 11 min götürdüyümü və onu da artıq geri qaytardığımı bildirdim. Sevinc xanım pulu geri aldıqdan sonra şikayət etməyəcəyinə dair söz vermişdi, amma məni aldatdı. Götürdüyüm pullardan "Hyundai Sonata" markalı avtomobilimin 11 min manat kredit borcunu ödədim, 3 min manatı şəxsi ehtiyaclarıma xərclədim. Yerdə qalan 11 min dolları isə Sevinc xanımın özünə geri qaytardım. Anam da evimizi satıb Sevinc Orucovanın və qardaşının pullarını ödədi".

Sevinc Orucova məhkəmədəki ifadəsində deyib ki, 2016-cı ilin noyabrından Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışır: "İşimlə bağlı hər gün səhər evdən çıxıb axşam qayıdıram. Qohumum Firuzə ara-sıra mənə ev işlərində kömək edirdi. Cinayəti etiraf etməsi və seyfə qanunsuz daxil olması barədə kamera görüntüləri var. O pulların hesabına avtomobilinin kreditini ödəyib, özünə bahalı telefon alıb".

Orucova ona dəymiş ziyanın tam ödənildiyini, Firuzədən şikayət və tələbi olmadığını deyib.

Onun qardaşı, "Qlobal Enerji" şirkətində direktor müavini Anar Orucov isə ifadəsində bildirib ki, öz evində təmir getdiyi üçün evində saxladığı 41 min dolları bacısı Sevinc Orucovaya saxlamaq üçün verib: "Bacımın evinə kameranı mənim köməkliyimlə quraşdırdıq. İzləməni Sevincin mobil telefonuna yönəltdik. Bununla da şübhələrimiz öz təsdiqini tapdı. Görüntülərdə Firuzənin əlinə əlcək geyərək seyfə qanunsuz daxil olmasını müşahidə edərək tam əmin olduq ki, oğurluğu edən odur. Hazırda barışmışıq, şikayət və tələbim yoxdur".

Məhkəmədə ifadəsi elan edilmiş şahidlərdən biri də Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşı olub. O, Firuzəni 2011-ci ildən tanıdığını, onun qardaşı Elçin İsmayılovla dost olduğunu bildirib: "2019-cu ildə Elçin Qazaxıstandan zəng vurdu ki, Firuzənin "Okean" avtosalonundan kreditlə aldığı avtomobilinin kredit borcunu ödəmək lazımdır. Mən də Firuzə ilə birlikdə avtosalonuna gedib borcu bağladıq. Sonra da avtomobili sənədləşdirməyə getdik. Daha sonra isə Firuzəyə "Samsung-10" markalı telefon aldıq. Onun pulu haradan əldə etdiyini bilmirdim. Elçin həmin pulu kimdənsə borca aldığını demişdi".

İş materiallarındakı kamera görüntülərinə baxış zamanı müəyyən edilib ki, Firuzə həqiqətən də müxtəlif vaxtlarda seyfi açıb içini qurdalayıb. Dayənin bu əməlini aşkarlayan Sevinc Orucova onu kameraya çəkərək əməlini etiraf etdirib. 7 dəqiqəlik videoda Firuzənin ağlayaraq və yalvararaq evdən 11 min dollar götürdüyü aşkar edilib. Firuzə yataq otağındakı döşəklərin altından 11 000 dolları çıxararaq ona verib.

Məhkəmə F.Müslümovanı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə mühakimə edərək qərar çıxarıb. Dayəyə şərti cəza verilib və o, azadlıqda qalıb.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Azərbaycanda sərt karantin rejimi tətbiq edildiyi vaxt AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərdən biri də Sevinc Orucova olmuşdu. Belə ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovaya Təhsil nazirinin əmri ilə töhmət verilmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3399   Tarix: 07 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 109
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 277
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 130
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 134
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 354
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 233
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 288
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 354
.

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər

10:20 130
.