Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?

Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Bura Azərbaycanın Astara rayonunun Diqo kəndidir. Bu ucqar kənddə bir maşın, bir mağaza var. 50 uşağın yaşadığı bu kənddə məktəb yoxdur. Ən yaxın məktəb isə 5 kilometr uzaqda yerləşən Pəlikəş kəndindədir.

Bütün dağ kəndləri kimi Diqoya da ilin əksər ayları yağış yağır, qış aylarında isə kənd qarın altında qalır.

Diqolu uşaqlar isə yağış, qar demədən dağ yolları ilə həmin məktəbə getmək zorundadır. Birinci sinifdə oxuyanları nənələri belində qonşu kəndə daşıyır. Bəzən də valideynlər kəndin yeganə sürücüsünə pul ödəyərək uşaqlarını məktəbə maşınla yollayır. Bu isə onlara baha başa gəlir və uşaqlar yenə də öz balaca ayaqları ilə palçığa, qara qalib gəlməyə çalışırlar.

Bu çətinliyin öhdəsindən isə bir çox uşaqlar gələ bilmir. Qəhrəmanımız Şindan kimi...

Ona bu adı atası Şirin kişi qoyub, kəndlərindəki Şindan dağından xoşu gəldiyi üçün. Atası Şirin 3 il ardıcıl onu sentyabr gələndə məktəbə aparıb. Ancaq sənəd problemi yarandığından uşaq təhsilə başlaya bilməyib. Artıq Şindanın 10 yaşı var və o evdə atası Şirindən təhsil alır. Atası isə ona öz həyətlərində olan əşyaların adlarını yazmağı, oxumağı öyrədir: bal, yeşik, çərçivə, xalça, qoyun...

Onun çantası, gündəliyi və bir dəftəri var. Ən böyük problem isə qarşıdan gəlir; artıq atasının bildiyi sözləri Şindan öyrənir, atası isə bundan artığını bilmir.

Diqolu valideynlər özləri də uşaqlıqda palçığa, qara məğlub olduğundan təhsil ala bilməyiblər və bu gün uşaqlarına evdə bundan artığını öyrədə bilmirlər.

Diqo gənclərinin bir çoxu əllərində sənət olmadığından Şindan dağını aşıb İrandan Azərbaycana qanunsuz mal keçirmək istəyərkən həbs olunub.

Görəsən, Şindan atasından öyrəndiyi bir neçə sözlə bu çətin həyata qalib gələ biləcəkmi? Yoxsa o da bir vaxtlar atasının fərəhlə baxıb adını ona qoyduğu Şindan dağını aşıb həbsxanaya düşəcək?

Orxan Əzim, xüsusi olaraq "Qafqazinfo" üçün:

Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1555   Tarix: 07 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Sosial mediada marketlərdə ərik qiymətlərinin baha olması müzakirələrə səbəb olub. Yay mövsümündə əriyin bir kiloqramının 17-18 manata təklif edilməsi birmənalı qarşılanmayıb. Bəs bu yüksək qiymət nədən qaynaqlanır? Qiymətləri kim və necə tənzimləməlidir?. -a danışan iqtisadçı Eyyub Kərimli bildiri

00:36 97
.

Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur

15.08.2026 151
.

Tramp Hörmüzü ABŞ ərazisi adlandırmaq istədi: BMT beynəlxalq hüququ xatırlatdı

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə fikirlərindən sonra BMT bütün tərəfləri bu ərazidə beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb. -ın məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik TASS-a açıqlamasınd

15.08.2026 133
.

Hava niyə vaxtından tez soyudu? -Açıqlama

Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir. Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?. Ekolo

00:19 108
.

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"

Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır. mövzu ilə bağlı "Kaspi"

15.08.2026 140
.

Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Sürücü ətrafdakıların köməkliyi ilə xila

15.08.2026 147
.

Bərdənin üç kəndində qaz olmayacaq

Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixind

15.08.2026 150
.

Qızıl və gümüş qiymətləri ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 30,26 dollar azalaraq 4332,9 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 0,46 dollar ucuzlaşaraq 64,34 dollara bərabər olub

15.08.2026 132
.

Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...

Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə

00:38 87
.

TOP MP3