"Həmişə gülmək istəmişəm ürəkdən, demisən "şitlik eləmə"" - Xanımın məktubu üzə çıxdı

"Həmişə gülmək istəmişəm ürəkdən, demisən "şitlik eləmə"" - Xanımın məktubu üzə çıxdıBakıda 24-cü polis şöbəsində polis əri İsmayıl Məmmədov tərəfindən öldürülən Xanım Məmmədovanın çantasından məktub tapılıb.

BiG.AZ xəbər verir ki, Kriminalqafqaz-ın əldə etdiyi məlumata görə, gündəlikdə həyat dolu, şən bir qadın olduğunu qeyd edən X.Məmmədova ərinin ona qoyduğu qadağalara görə heç vaxt ürəkdən gülməyi belə bacarmadığını yazıb. Cinayət işinin istintaqı zamanı X.Məmmədovanın əl çantasındakı pulqabıdan əlyazma mətn çıxıb.

O, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinin məzunu olub. Tələbə olduğu dövrdə İsmayıl Məmmədovla ailə həyatı qurub. Lakin ərinin qadağalarına görə heç vaxt işləməyib. Polis əməkdaşı olan İ.Məmmədov Xanım Məmmədovaya geyim və başqa insanlarla ünsiyyətlə bağlı qadağalar qoyulub.

Həmin mətni olduğu kimi təqdim edirik:

"Haradan başlayım, nə deyim bilmirəm. Ama bir şeyi bilirəm ki, öz həyatımın içində boğuluram, öz qaranlığımda batıram. Kaş ki, sən də mənim səni qəbul etdiyim kimi qəbul edəydin. Bir söz var e, deyirlər ki, hər şeyi olduğu kimi qəbul et, olmağını istədiyin kimi yox. Bax mən səni olduğun kimi qəbul etmişəm. Amma sən məni olduğum kimi yox, olmağımı istədiyin kimi qəbul etmisən. Beynində başqa bir Xanım yaratmısan, öz istəklərinə uyğun... Mənim hisslərimi, arzularımı, duyğularımı, xəyallarımı heçə sayaraq. Mən də özümü sənin beynində yaratdığın Xanıma görə uyğunlaşdırmışam, özümü və mənliyimi heçə sayaraq. Ama sən bunu heç görmürsən, bəlkə də görə bilmirsən.

"Həmişə gülmək istəmişəm ürəkdən, demisən "şitlik eləmə"" - Xanımın məktubu üzə çıxdıArtıq çox yorulmuşam içimdəki deyən, gülən, şən, şıltaq Xanımı sıxıb, sənin beynindəki o Xanım kimi olmaqdan. Bilirəm, bu, çox axmaqca bir hərəkətdir, çox səhvdir. Sanki özümü, mənliyimi qurban etmişəm. Heç vaxt imkan verməmisən ki, sənin yanında rahat olum, sərbəst olum. Həmişə gülmək istəmişəm ürəkdən, demisən "şitlik eləmə", nəsə söz demək istəmişəm, demisən "özünü yaxın hiss elədin deyəsən", "...əldən getdi deyəsən". Axı sən mənim ailəmsən, mən ən rahat, ən yaxın sənin yanında olmalıyam. Heç vaxt məni başa düşməmisən. Desəm ki, "İsmayıl evdə ürəyim sıxılır, bir az havaya çıxaq", öz istəyini fikirləşmisən, sənə uyğundursa qoymusan, uyğun deyilsə qoymamısan.

Mənim hisslərim, istəklərim sənin üçün mənasızdır. İnan ki, heç istəməzdim bunu deyim, amma bu belədir həqiqətən. Mənim həyatım ikiyə bölünüb. Anamın, atamın yanında tam rahat olduğum kimi oluram. Amma sənin yanında başqa, tam başqa biri və bunu sən yaratmısan. Sənin yanında nə ürəkdən gülə bilirəm, nə ürəkdən üzülə bilirəm, nə də ürəyimdən keçən sözü deyə bilirəm. Küçə sözlərini- ..., ..., fahişə sözlərini nə qədər demisənsə, artıq psixologiyam pozulub. Özümdən şübhə etməyə başlamışam. Deyirəm görəsən həqiqətən belədir? Bəlkə mən həqiqətən onun dediyi kimiyəm? Sən bilirsən bu hisslər necə qorxuncdur? İnsanın özündən şübhə etmək qədər faciəli bir hiss ola bilməz.
"Həmişə gülmək istəmişəm ürəkdən, demisən "şitlik eləmə"" - Xanımın məktubu üzə çıxdıHəyat mənim üçün çox mənasız və sıxıcıdır. Artıq mənəvi və ruhən çox yorğunam. Hələ bu vaxta qədər səninlə ürəkdən söhbət də etməmişik, edə bilməmişik. Çünki həmişə ağzımdan çıxan kəlimələri güdmüsən, Xanım nəsə bir söz desin, problem çıxsın, vurum onu. Boğuluram nəfəs aldıqca. Artıq məni olduğum kimi qəbul et. İnan ki, mən sənin beynində yaratdığın Xanımdan daha da yaxşı, hər şeyi anlayan, xoş, gülərüz, şən biriyəm. Mən pis insan deyiləm İsmayıl, bəsdir artıq məni pis biri kimi tanıtdın hamıya. İçimdəki məni, uşaq kimi, şıltaq, şən, uyumlu Xanımı öldürmə. Məni tanımağa, anlamağa, qəbul etməyə çalış. Sıxmağa, boğmağa, öldürməyə yox. Məni özündən uzaqlaşdırma, yalvarıram. Xəyalımdakı o xoşbəxt ailəni məhv etmə. Çox xoşbəxt anayam, şükür yaradana. Amma xoşbəxt qadın deyiləm. Kömək elə, yardımçı ol ki, mən də xoşbəxt qadın olum...".

Xatırladaq ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü Polis Şöbəsində baş verib. Belə ki, əri tərəfindən döyülən qadın ondan şikayətə gəlib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qətlə yetirib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3768   Tarix: 06 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 109
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 277
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 130
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 134
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 354
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 233
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 288
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 354
.

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər

10:20 130
.