Prezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLAR

Prezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

BiG.AZ xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.

İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.

Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.

Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.

Prezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1523   Tarix: 06 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 109
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 277
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 130
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 134
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 354
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 233
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 288
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 354
.

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər

10:20 130
.