Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA
"Təəssüflər olsun ki, məktəblilər arasında da narkotik və ya ona bərabər olan vasitələrdən istifadə edənlər var. Buna görə ciddi şəkildə narahat olmaq lazımdır".
BiG.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 15 yaşında narkoman olan Rafiqin orta məktəblərin ayaqyolusunda xadimələrin şpris, falqa, iynələr tapması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
Onun sözlərinə görə bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır:
"Birinci məktəb direktorları aktiv iştirak etməlidirlər. Bu kimi baş verən hadisələr direktorların səhlənkarlığı ucbatından baş verir. Düşünürəm ki, orta məktəblərin girişlərində təhsil müəssisələrinə daxil olanların, məktəbin həyətində, yaxınlığında şagirdlərlə təmasda olanların izlənməsi üçün kameralar quraşdırılmalıdır. Aidiyyəti dövlət qurumlarının hesabatlarına baxanda görürük ki, son vaxtlar ölkədə narkotik vasitələrin istifadəçilərinin yaşında azalma müşahidə olunmaqdadır. Təhsil sistemində belə bir yanlış düşüncə var ki, orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin aparılması hüquq-mühafizə orqanlarının işidir. Bu, çox dar və cılız düşüncədir. Bu bəlaya qarşı hamı mübarizə aparmalıdır, başda da orta məktəblər. Düzdür, hazırda orta məktəblərə izləyici kameraların quraşdırılması məktəb direktorunun keçirilən dərsləri izləməsi, məktəbə ümumi nəzarət etmək üçün işləyir. Amma məktəb yaşlı uşaqları bu bəladan qorumaq təhsil işçilərinin vəzifəsidir. Çünki uşaqlar məktəbdə, onun ərazisində bu bəlaya düçar olurlar".
Kamran Əsədov bildirib ki, orta məktəblərdə şagirdlərə narkotik maddələrin istifadəsinin hansı bəlalara yol açdığı barədə maarifləndirici tədbirlər keçirilməlidir:
"Amma bu hansısa QHT-nin pul yumaq oyunu kimi həyata keçirilməməlidir. Çünki şagirdin gününün 5-6 saatı məktəbdə keçir. Bu müddət ərzində demək olar ki, onlar nəzarətsiz qalırlar. Məktəb rəhbərliyi mütəmadi olaraq məktəbliləri narkomaniyanın necə bəla olduğu barədə məlumatlandırmalıdır ki, onlar narkotik alverçilərinin toruna düşməsinlər. Amma bir çox direktorun başı pul yığmağa qarışdığı üçün bu ciddi məsələyə vaxt ayırmır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2390 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 311 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 152 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 146 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 184 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 199 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 109 Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 188 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 145 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 147