Bağçalara qəbulda rüşvətə son qoyulur - PROQRAM HAZIRLANIR
Prezident İlham Əliyevin sərəncamı ilə ölkədəki təhsil sistemində bir sıra dəyişiklik edilib.
Belə ki, Təhsil Nazirliyində edilən struktur dəyişikliyinə əsasən, İcra Hakimiyyətlərinin tabeliyində olan bağçalar, yenidən nazirliyə qaytarıldı.
Deyə bilərik ki, bağçalar İcra Hakimiyyətlərinin tabeliyində olduğu zaman əhali tərəfindən bağçalara qəbul zamanı rüşvət tələb edilməsi, yer çatışmazlığı kimi çox sayda şikayətlər olurdu.
Təhsil İnstitunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova Modern.az-a bağçalardakı problemlər barədə açıqlama verib.
O bildirib ki, bağçalardakı uşaq qəbulu prosesində pul tələb olunmasının qarşısını almaq məqsədi ilə qəbul onlayn qaydada keçiriləcək:
"Bağçalarda uşaq qəbulu prosesində pul istənilməsi çox xoşagəlməz idi. Amma qeyd edim ki, bu məsələni bütün bağçalara aid etmək olmaz. Hörmətli nazirin dediyi kimi, bu halların baş verməməsi üçün dünya ölkələrində olduğu kimi, bizdə də uşaqların bağçalara qəbulu onlayn sistemlə baş tutacaq.
Yer çatışmazlığı məsələsinə gəldikdə, isə bu proses dövlət sənədləri ilə tənzimlənir. Hər yaş qrupuna qoyulan uşaq sayı aşılmamalıdır. Bəzi bağçalarda məcburiyyət qarşısında bu hədd aşılırdı, amma bu hal baş verdikdə, öz uşaqlarımıza ziyan olur. Çünki bu hallar onlara qayğı və təlimin yüksək səviyyədə tətbiqinə mane olur.
Mən əminəm ki, yeni sərəncamdan sonra bir çox problemlər qaydasına düşəcək. Eyni zamanda, məktəbəqədər təhsildə tədrisin yüksək səviyyədə olması üçün ciddi addımlar atılacaq. Nazir çıxışında dediyi kimi, sadəcə məsələlərin həllini tapması üçün zaman lazımdı".
Şöbə müdiri qeyd edib ki, bağçalara müəllim qəbulu imtahan nəticəsində seçiləcək:
"Gələcəkdə məktəbəqədər müəssisədə çalışan tərbiyəçi müəllimlər hansısa meyara görə yox, əsl yüksək bilik, bacarığına görə işə qəbul olunacaq. Bu prosesin nəzarətdə olması üçün də işə qəbul imtahan nəticələrinə əsasən aparılacaq.
Bağçalar İcra Hakimiyyətlərinin tabeliyində olduqda bu o demək deyildi ki, məzmunda onlardadır. Məzmun Təhsil Nazirliyinin tabeliyində idi. Maddi texniki bazasının təminatı İcra Hakimiyyətlərinin tabeliyində olduğu üçün nazirlikdə aparılan yeniliklər bütün bağçalarda tətbiq olunmur. Əsas da müəssisələrin təmiri, tikintisi məsələsi idi.
Məktəbəqədər təhsil prosesinin yüksək səviyyədə keçirilməsi üçün yeni proqram, təlimatlar hazırlayırıq. İnşallah, təxminən iki aydan sonra tam dəqiqliklə təqdim olunacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1343 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133