Fərqlənən hərbçilər mükafatlandırıldı - FOTO
Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən silsilə tədbirlərdə xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
Şəxsi heyətə təbriklər çatdırılan zaman bildirilib ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik ideyası milyonlarla soydaşımızı birləşdirən dövlətçilik və vətənpərvərlik amalına çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı ilə doğma Naxçıvanımızda digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-ordu-xalq birliyi möhkəmlənir. Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi, həmrəyliyin ifadəsidir. İnanırıq ki, milli həmrəylik gününü böyük qürur hissi ilə qeyd edən Naxçıvan Qarnizonunun şəxsi heyəti göstərilən yüksək etimadı bundan sonra da şərəflə doğruldacaq, bütün bilik və bacarıqlarını ordumuzun daha da güclənməsinə və inkişafına sərf edəcək.
Çıxışların ardından hərbi qulluqçulara növbəti hərbi rütbələr və fəxri fərman təqdim edilib, təşəkkür elan olunub, şəxsi heyət qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bayram tədbirləri Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, Təlim-Tədris Mərkəzlərində təşkil olunan konsert proqramları ilə davam edib. Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə şəhər və rayon mədəniyyət kollektivlərinin solistləri bayram ovqatlı mahnılar ifa ediblər.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 874 Tarix: 31 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHava niyə vaxtından tez soyudu? -Açıqlama
Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir. Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?. Ekolo
00:19 108 Ağdaşda VAZ su kanalına düşdü
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Sürücü ətrafdakıların köməkliyi ilə xila
15.08.2026 147 Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb
Dünən vətəndaşlar tərəfindən qanunsuz saxlanılan bir avtomat silahı, altı tüfəng, iki patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməs
15.08.2026 122 "Amay"da qətlə yetirilən iş adamının FOTOLARI
İyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən "Amay" Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib. BİG.AZ -a istinadən xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubov hadisəni törətməkdə təqsirləndirilə
15.08.2026 336 Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK
Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqların
00:26 104 Tramp Hörmüzü ABŞ ərazisi adlandırmaq istədi: BMT beynəlxalq hüququ xatırlatdı
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə fikirlərindən sonra BMT bütün tərəfləri bu ərazidə beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb. -ın məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik TASS-a açıqlamasınd
15.08.2026 133 Dəbdəbəli toylardan imtina edək!
Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir
00:15 107 Azərbaycan ABŞ-nin fiskal şəffaflıq tələblərinə cavab verir
Azərbaycan artıq ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu, ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında qeyd olunub: "Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığ
15.08.2026 144 Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"
Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır. mövzu ilə bağlı "Kaspi"
15.08.2026 140