Mehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTO

Mehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTOBakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin açılışında iştirak ediblər.

Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində istifadəyə verilən Mərkəzin binası autizm spektr pozuntulu uşaqlar üçün əsl hədiyyə oldu.

Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var.

Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir.

Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar. Mərkəzin ərazisində velosiped yolu salınıb, oturacaqlar quraşdırılıb, idman və oyun meydançaları yaradılıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi surətdə baş çəkir, onların yüksək səviyyədə təhsil almalarını, eləcə də gündəlik qayğılarının həllini daim diqqətdə saxlayırlar. Fondun bu sahədəki fəaliyyəti xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, təhsil problemlərinin həlli məqsədi daşıyır.

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bina ilə tanışlıqdan sonra autizm spektr pozuntulu uşaqlarla görüşdülər.
Mehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTOMehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTOMehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTOMehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTOMehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTOMehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTOMehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

TOP MP3