Uşaqla videosu yayılan stomatoloq: "Rəylərdə hamı soruşur ki, balacanın dişini çəkdiniz, yoxsa yox?" - VİDEO
Sosial şəbəkələrdə izlənmə rekordu qıran videodan yəqin ki, çoxlarının xəbəri var. Bəli, söhbət balaca oğlan uşağı ilə stomatoloqun maraqlı söhbətindən gedir.
Paylaşılan videogörüntülərdə uşağın həkimdən qorxduğu və ondan dişini çəkməməsini xahiş etdiyi görünür.
Lakin videonun sonunda həkimin balacanın dişini çəkib-çəkmədiyi bilinmir.
Oxu.Az-ın əməkdaşı sözügedən video ilə qısa müddətdə sosial şəbəkələrdə fenomenə çevrilən həkim-stomatoloq Fərman Əliyevlə əlaqə saxlayıb.
Həkim Quba rayonunda fəaliyyət göstərən tibb müəssisələrindən birində çalışır. Həmin balaca oğlanın isə adı Babadır.
F.Əliyev deyir ki, hər kəs bu balacanın Moti deyə çağırır:
"Uşaq həm də uzaqdan-uzağa bizə qohum düşür. Qubanın dağ kəndi olan Söhüb kəndindəndir. Dekabrın 27-də gəlmişdi yanıma. Daimi pasiyentimdir. Uşaq çox hazırcavab, sərbəst uşaqdı. Gələndən deyirdi dişimi çəkmə. Mənim özümə də maraqlı oldu, onunla dialoqumuzu telefonla çəkdim. Bəziləri elə bilir videonu anası çəkir, amma xeyr. Mən özüm çəkmişəm. Uşaq çox qorxurdu deyə, onun fikrini yayındırmağa çalışırdım ki, narahat olmasın".
Həkim deyir ki, bu videonun sosial şəbəkələrə düşəcəyi və bu qədər sürətlə tirajlanacağını düşünməyib:
"Mən videonu çəkmişdim ki, evdə uşaqlara da göstərərəm. Ümumiyyətlə, uşaqları çox sevirəm. Elə öz uşaqlarımla da belə maraqlı videolar çəkirəm. Bu videonu "Whatsapp" hesabında "story" bölməsinə qoydum. Telefonumda olan 200-ə yaxın pasiyent, yoldaşlar, tanışlar hamısı bu uşaqla maraqlandı, videonu istədilər. Bir də gördüm ki, hamı deyir ki, nə şirin uşaqdı.
Mən paylaşandan bir saat keçməmiş hamı mənə yazdı ki, məşhur olmusan. El arasında desək, hamı dedi ki, "bərk gedən səhifələrdə" videomuz yayılıb. Bloqerlər yazdı ki, icazə verin paylaşaq. Belə-belə video kütləvi şəkildə yayıldı. Mən həkim olmasam belə, uşaqları sevərdim. Bu, mənim təbiətimdən irəli gəlir. Moti artıq fenomen oldu. Mən heç, həkiməm və işimi görmüşəm. Qeyri-adi bir şey etməmişəm".
Sözügedən video barəsində müsbət rəylərə yanaşı, bir sıra psixoloqlar mənfi rəylər də yazıb. Bir qrup insanın videodan sonra həkimə "uşağa yalan danışmaq olmaz" deyərək irad tutması da diqqətdən qaçmadı.
F.Əliyev pasiyenti ilə dialoqunu psixoloji cəhətdən doğru qəbul etməyənlərə də münasit bildirib:
"Hamısını olmasa da, videoya gələn rəylərin bəzilərini oxumuşam. Bəzi psixoloqlar mənə irad tutur ki, uşağa yalan danışır, bu, düzgün deyil və s. Açığı, çox vaxtım olmur hər bir kəsin rəyini oxuyum, amma 99 faiz müsbət rəy yazıb. Amma dəxli oldu-olmadı mənfi rəy yazanlar da var. Heç bir uşaq qorxa-qorxa ona "mən sənin dişini çəkəcəm" deyib işinizi görə bilməzsiniz. Mənim iş prinsipim budur, effekt də verir. Mən orda uşaqla dialoq qurub, onun məndən qorxmaması üçün çalışıram".
Əsas məsələ 6 yaşlı Motinin dişinin çəkilib-çəkilməməsidir ki, həkim deyir ki, sonda hər şey elə Motinin dediyi kimi olub:
"Rəylərdə hamı soruşur ki, uşağın dişini çəkdiniz, yoxsa yox? Xeyr, dişini çəkmədim. Elə Motinin dediyi oldu, dərman, pambıq qoyub, yola saldım, getdi (gülür)".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5857 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 612 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 316 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 595 800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
09.11.2026 318 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 665 14-cü mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın
01.11.2026 507 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 712 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
09.11.2026 213 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
07.11.2026 487