Bakıda cinsi azlıq buna görə qətlə yetirilibmiş

Bakıda cinsi azlıq buna görə qətlə yetirilibmişBakıda bir neçə ay öncə cinsi azlığın qətlə yetirilməsinin səbəbi məlum olub.

Baş Prokurorluqdan BiG.AZ-a verilən məlumata görə, avqustun 22-də Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.

Müəyyən edilib ki, 18 avqust 2021-ci il tarixdə zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev, Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2070   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran dünyaya "neftin bir barrelinə görə 200 dollara hazır olun" dedi

İranın hərbi komandanlığı bildirib ki, blokada altındakı körfəzdə daha üç gəmi hücuma məruz qaldığı üçün dünya neftin bir barelinin 200 dollara çatmasına hazır olmalıdır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran İsrailə və Yaxın Şərqdəki hədəflərə atəş açaraq, Pentaqonun indiyə qədərki ən intensi

11.03.2026 236
.

Ən çox istifadə olunan tərəvəz bahalaşdı: kartofun qiyməti yüksəldi - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda kartof bazarında son günlər diqqətçəkən qiymət artımı müşahidə olunur. Əvvəlki dövrlərdə 80 qəpik civarında olan topdansatış qiymətləri indi təxminən 1 manat 5 qəpik səviyyəsinə qalxıb. Bu artımın əsas səbəbi regionda tədarük problemlərinin yaranmasıdır - İranın kartof ixracını müvəqqət

11.03.2026 335
.

Sabahın havası

Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 isti

11.03.2026 228
.

Ginekoloq gizli şəkildə ən azı 16 uşaq atası oldu

Niderlandın Arnhem şəhərində yerləşən bir xəstəxananın keçmiş ginekoloqu ilə bağlı qalmaqal gündəmə gəlib. Məlumata görə, həkim 1970-1980-ci illərdə süni mayalanma prosedurları zamanı gizli şəkildə öz spermasından istifadə edib. xarici mediaya istinadla xəbər verir ki, araşdırmalar nəticəsində ən az

11.03.2026 252
.

Prezident İlham Əliyevin Antoniu Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafında

11.03.2026 132
.

İran Tehranda Xameneinin vida mərasimini yenidən təxirə saldı

İran hakimiyyəti ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei üçün Tehranda keçirilməsi planlaşdırılan vida mərasimini təxirə salıb. -ın xarici mediaya istinadən məlumatına görə, mərasimdə yüz minlərlə insanın iştirakı gözlənilirdi və paytaxtda geniş hazırlıq işləri aparılmışdı. İran rəsmiləri mərasimi

11.03.2026 200
.

Qızıl və gümüş UCUZLAŞDI

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,58% azalaraq 5 211,49 ABŞ dollarına bərabər olub. COMEX-d

11.03.2026 163
.

Töhmət alan məktəb direktoru işdən çıxarıldı

Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub. "Qafqazinfo" xəbər verir ki, Mehriban Mahmudovanın direktor kimi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bitib. O, direktor işlədiyi müddətdə töhmət aldığı üçün müqavilə yenilənməyib

11.03.2026 173
.

Könül Həmzəyeva saxlanıldı

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluq ittihamı ilə axtarışa verilmiş Könül bu gün şübhəli şəxs qismində tutulub. Hazırda Xəzər Rayon Polis İdarəsində ilkin istintaq hərəkətləri aparılır

11.03.2026 160
.

TOP MP3