"Uşaqların qızdırması olarsa..." - MÜHÜM AÇIQLAMA
Kliniki Tibbi Mərkəzin tabeliyində olan iki saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.
Ümumiyyətlə uşaqlar arasında mövsümi xəstəliklər hər il qeydə alınsa da, pandemiya başlayandan müraciətlərin sayında artım müşahidə edilir.
Son dövrlər artımın əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam, ya xəstə - bütün uşaqlar məktəbə, bağçaya gedir. Bu, xəstəliyin çoxalmasına səbəb olur. Tövsiyə olunur ki, valideynlər xəstə uşaqları bağçaya və məktəbə göndərməsinlər.
BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə pediatr-infeksionist Rəna Hüseynova məlumat verib.
Həkim-infeksionist bildirib ki, hazırda xəstəxanalara ən çox uşaq yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq və nəfəs borusunun iltihabı olan inaq xəstəliyi ilə müraciət edirlər:
"Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Əksəriyyət bunu soyuqdəymə ilə əlaqələndirsə də, belə deyil.
Bu əlamətlər virusun əlamətləridir. Sadəcə olaraq, bədəndə virus olduğu üçün soyuqdəymə nəticəsində xəstəlik daha da ağırlaşır.
Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bu isə uşağın vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.
Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyinatı olmadan uşaqlara antibiotik verilməsi yolverilməzdir".
R.Hüseynova, həmçinin xəstələnən uşaqlara qulluq üçün valideynlərə tövsiyələrini də verib:
"Uşaqların qızdırması olarsa, ilk olaraq onlara hərarətsalıcı dərman vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar.
Xəstə uşaqları çox qalın geyindirmək də düzgün deyil. Bu, tərləməyə və vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.
Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini mütəmadi olaraq yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1427 Tarix: 26 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 857 İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12.10.2026 997 Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24.10.2026 794 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 893 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 482 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 982 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 582 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 725 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 310