Həyəcan təbili çalınır! - Azərbaycanda su ehtiyatları azalır - VİDEO
İndi tez-tez eşidirik, deyirlər ki, əvvəlki qar artıq yoxdur. Nəinki şəhər yerlərində, hətta dağlarda da qar azalıb. Qış aylarında hər zaman başı qarlı görməyə alışdığımız dağlar indi dekabr ayında belə qarsız və bombozdur. Bu da təbii ki, su ehtiyatlarının toplanmasına mənfi təsir edir. Ancaq su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbirlər görülür. Dağ çaylarındaki suların toplanması üçün 10 su anbarının tikilməsi nəzərdə tutulub.
Bu qarlı mənzərə bir neçə il əvvələ aiddir. Bu kadrlar isə yeni çəkilib.
Görüntülər Oğuzun Xaçmaz kəndi ətrafındakı dağlıq ərazidəndir. Sakinlərin sözlərinə görə, son illərdə dağlarda və ətraf ərazilərdə qar müşahidə edilmir.
Dağçılar da bildirirlər ki, əvvəlki illərdə bütün fəsillərdə zirvələrdə bir neçə metr qalınlığında qar olurdu. Son 2-3 ildə isə qar tam əriyərək yoxa çıxıb.
Son illərdə hətta zirvələrdəki bulaqlar da quruyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyir ki, son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızda azalmalar müşahidə olunur. Hətta son 20 ildə Xəzər dənizinin səviyyəsi 2 metrədək enib.
Su ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə bir neçə qurumun nümayəndələrindən ibarət komissiya yaradılıb. Komissiya ötən ilin iyul ayından fəaliyyətə başlayıb və su ehtiyatlarından istifadə ilə bağlı tədbirlər planı da hazırlanıb.
Dağ çaylarında suların toplanması məqsədilə də 10 su anbarının tikintisi nəzərdə tutulub. Qəbələ, Oğuz, Şəki və Masallı rayonlarının ərazilərində su anbarlarının tikilməsi ilə bağlı sənədləşmə işlərinə də başlanıb.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 942 Tarix: 25 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşını
15.08.2026 193 İsveçrədə görünməmiş quraqlıq: Suyun istifadəsinə limitlər qoyuldu
İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb. xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzları
15.08.2026 162 Koreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb
Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın fərqli bölgələrindəki müharibələri
15.08.2026 159 Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...
Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə
00:38 289 "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında yeni şaxta qurulur
"Bakı Metropoliteni "yaşıl" xətt üzrə havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə daha bir şaxtanın inşasına başlayıb". Bunu -a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, şaxta "Nizami"
15.08.2026 152 Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur
Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyini artırmaq üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılması təklif olunur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir
15.08.2026 160 Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub
İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin
15.08.2026 190 Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"
Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy
00:32 282 Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 172