Üç dəfə evləndi, övladlarını faciəli şəkildə itirdi, öləcəyini əvvəlcədən bilirdi

Üç dəfə evləndi, övladlarını faciəli şəkildə itirdi, öləcəyini əvvəlcədən bilirdiBu gün meyxana ustası Nizami Rəmzinin doğum günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.

1. Nizami Rəmzi ailənin ilk övladı olub. Atasını çox erkən itirdiyindən ailənin bütün yükü onun üzərinə düşüb.

2. İlk ailəsi dağılandan sonra ikinci dəfə Hicran adlı qadınla evlənən Nizami anasının bu evliliyə etiraz edəcəyindən ehtiyat edib bu haqda ona heç nə demir. Ona görə də evli ola-ola anası Nizamidən yenidən evləndirir. Lakin, o, anasının gəlin gətirdiyi qadına qarşı soyuq davrandığı üçün bir müddət sonra həmin qadın evdən gedir. Nizami isə onun gedişində həmişə özünü günahkar bilir.

3. Hicran adlı qadından isə onun dörd övladı doğulur. Bir qızı və oğlu faciəli şəkildə həlak olur. Nizami oğlunun adını özünə təxəllüs götürür. Ancaq Nizami Hicrandan da ayrılır. Ayrılığa səbəb isə qadın qısqanclığı olur.

4. Nizami qadınla duet ifa edən ilk meyxanaçı olub. Çox yaraşıqlı kişi olduğundan qadınlar özləri onu çay içməyə dəvət edib, şəkil çəkdirirmişlər. Həddindən artıq ağır xasiyyəti olduğundan onu güldürmək çox çətin imiş. Qapı döyüləndə qapıya qadın xeylağının getməsinə qarşı çıxacaq qədər mühafizəkar olub.

5. Üçüncü evliliyi sonbeşiyim adlandırdığı özündən 23 yaş balaca Sevda adlı qadınla olub. Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edərək deyib: "Mənimlə qalarsan?" Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşulub qaçır. Onların bu evlilikdən Seyla adlı bir qızı olub. Atası üç yaşında rəhmətə getdiyindən Sevdanı ana babası saxlayır. Nizami ilə qoşulub qaçdığı üçün babası onu heç vaxt bağışlamır. Hətta öləndə də vəsiyyət edir ki, nəvəsini yasına buraxmasınlar.

6. Çox punktual insan olub. Əgər "saat 6-da gələcəyəm", deyirdisə, demək, saat 6-da dediyi yerdə olmalı idi. Əgər "iki dəqiqə gecikirəmsə, bilin, Nizami ölüb deyirmiş".

7. İnsanlara qarşı münasibətdə də elə olub. Kiməsə toyunu aparmağa söz verirdisə, sonradan ona milyon təklif etsələr də, söz verdiyi toya gedirmiş. Bir dəfə isə onu toyuna dəvət etmək istəyən subay oğlanın pulu olmur. Oğlan çıxarıb üzüyünü beh əvəzi vermək istəyəndə Nizami onun əlini kənara itələyib, toyunu aparacağına söz verir.

8. Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Buna səbəb isə Ağasəlimin musiqili meyxananın əleyhinə olması olub. Onun fikrincə meyxana ancaq nağara ritmi üzərində deyilməli idi. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb. Onun ölümündə Ağasəlim Çıldağın adı hallansa da bu barədə heç nə sübut olunmayıb.

9. Ölümündən on gün əvvəl meyxanaçı dostu Kəbirlə birgə söhbətləşirmişlər. Kəbir kəndlərində dəfn olunan ölünün qəbirdə dirilməsindən, kəfəninin cırmasından söhbət edib deyib, "Nizami, sən də öləcəksən, Ağasəlim də. Mən isə meyxananın kralı olacağam". Nizami isə cavabında belə deyib. "Elə şey yoxdur, biz ikimiz də bir yerdə öləcəyik". Bu söhbətdən 19 gün sonra 1990-cı il yanvarın 19-da hər iki dost avtomobil qəzasına düşərək həlak olublar. Deyilənə görə Nizami az yaşayacağını bilirmiş. Bir qaraçı qadın fal açaraq deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan.

10. Nizami rəhmətə gedəndə Sevda 4 aylıq hamilə olub. Oğlu olacağını bilsə də, Nizaminin dəfnindən 40 gün sonra uşağı tələf etdirib. Anasının isə oğlunun ölümündən xəbəri olmayıb, evdə qutab bişirəndə gəlini qapıdan içəri girib. Heç nədən xəbərsiz ana gəlinin simasından anlayıb ki, oğluna nə isə olub. Xəmirli əlləri ilə dizinə çırpıb qışqırıb: "Nizami hanı? Balama nəsə olub?"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1995   Tarix: 20 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

AzTU-nun daha bir tələbəsi qəfil vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) MBA Proqramının I kurs tələbəsi Məmməd Məmmədli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Tələbənin ürəktutmadan vəfat etdiyi bildirilib. Qeyd edək ki, ötən gün universitetin daha bir tələbəsi Elnur İslamlı da qəfi

17:40 255
.

"Mançester Siti" yeni baş məşqçisini müəyyənləşdirdi

İngilis klubu Mareskanı Xosep Qvardiolanın ideal varisi kimi görür və danışıqları tez bir zamanda başa çatdırmağa ümid edir. "Lester" və "Çelsi" komandalarının keçmiş məşqçisi Enzo Mareskanın "Mançester Siti"nin yeni baş məşqçisi olacağı gözlənilir. -ın xarici mediaya istinadə

18:30 163
.

Yorğunluq deyib keçməyin: Bu, emosional tükənmə ola bilər

Rusiyalı psixoterapevt Anton Qrebenyukov bildirib ki, emosional tükənmə bəzən adi yorğunluq kimi görünə bilər. Ölkə.az " "ya istinadla xəbər verir ki, onun sözlərinə görə, emosional tükənmənin əsas əlamətləri arasında əsəbilik, davamlı yorğunluq, daxili boşluq hissi, insanlara qarşı laqeydlik

22:30 1
.

İsrail ordusu 7 oktyabr hücumunda iştirak edən HƏMAS terrorçusunu öldürüb

İsrail ordusu bazar ertəsi günü 7 oktyabr qırğınında iştirak edən və Sarı Xətti keçərək Qəzzanın cənubunda İsrail qüvvələrinə yaxınlaşan HƏMAS terrorçusunu müəyyən edərək öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terrorçularını məhv etmək üçün Qəzzada hərbi əməliyyatlar

12:51 176
.

Pensiyaçılara SEVİNDİRİCİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə BİG.AZ-a nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna mali

13:37 316
.

İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM

Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif olunub

16:04 232
.

Şakira həbs olunacaq?

Müğənni Şakiranın vergi fırıldaqçılığı ilə bağlı yeni xəbər var. xəbər verir ki, İspaniyanın Ali Məhkəməsi Şakira barəsində bəraət qərarı çıxarıb. Xatırladaq ki, bir neçə il əvvəl Şakira İspaniyaya vergi ödəməkdən yayınmaqda ittiham olunub. Söhbət 14,5 milyon avro məbləğindən gedib. 2022-ci ildə po

22:00 1
.

Oğlu "Mango"nun qurucusunun qətlində şübhəli bilinir - Həbs olundu

İspaniyanın "Mango" geyim dizaynı və satışı şirkətinin qurucusu, milyarder İsak Andikin oğlu Conatan Andik atasının qətlində şübhəli bilinərək həbs edilib. Axşamaz. xəbər verir ki, "El Pais" nəşrinin məlumatına görə, 45 yaşlı Conatan Andik bir müddətdir məxfi saxlanılan istintaq çərçivəsind

14:36 180
.

"Günah toy yiyəsi ilə danışan prodüserlərdədir"

"Bu gün estrada müğənniləri, xanəndələr də aşıq musiqisinə üz tutublar. Oxuduqları demək olar ki, hamısı aşıq mahnılarıdır. Onlar aşıq kimi ifa edə bilməzlər. Günah prodüserlərdə və toy sahibi ilə oturub danışanlardadır. Toy yiyəsinə deyirlər ki, ansamblda saz var, müğənni də oxuyacaq. İndi baş

12:11 216
.

TOP MP3