Mahir Emreli baş məşqçi ilə görüşüb, mövsümün sonunadək "Legiya"da qala bilər

Mahir Emreli baş məşqçi ilə görüşüb, mövsümün sonunadək "Legiya"da qala bilərPolşanın "Legiya" klubunun baş məşqçisi Aleksandr Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşüb.

"Report" "Meczyki" nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis hücumçu ilə onun Varşava təmsilçisindəki gələcəyi haqqında danışıb.

Vukoviç komandada ona ehtiyacının olduğunu söyləyib. 24 yaşlı forvard görüşə müsbət reaksiya versə də, hələlik karyerası ilə bağlı qərar vermədiyini bildirib.

Baş məşqçi ilə söhbət oyunçunun yanaşmasını yaxşılaşdırıb. Hücumçunun ən azı mövsümün sonunadək "Legiya"da qalmaq ehtimalı var. Nəşr futbolçunun ailəsinin də məsələyə qarışdığını və onların Emreliyə görə narahat olduğunu yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1416   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb. Bu barədə "Report"a Milli Paralimpiya Komitəsindən məlumat verilib. İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib

15.08.2026 329
.

Azərbaycan üzgüçülüyünün institusional inkişafı davam edir

Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb. Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi il

25.08.2026 324
.

Püşkatma nə vaxtdır? - "Sabah" üçün 8 rəqib

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib. Qaynarinfo xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 3

26.08.2026 282
.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"

30.08.2026 246
.

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən belboğlı kuraş üzrə dünya çempionatında Azərbaycan idmançısı Gözəl Zutova (+76 kq) qızıl medal qazanıb. "Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. O, kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada düny

29.08.2026 189
.

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç

30.08.2026 189
.

Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər

Braziliyalı ulduz futbolçu Neymarın 2026-cı ilin sonunda "Santos"dan ayrılacağı və karyerasını ABŞ-də davam etdirə biləcəyi iddia olunur. Ölkə.az xəbər verir ki, mümkün istiqamətlər arasında Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin adı çəkilir. İddialara görə, 34 yaşlı hücumç

10.08.2026 497
.

Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb

Futbol üzrə Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqeslə rəsmi nikaha daxil olub. xəbər verir ki, cütlük toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, tərəflər nikahdan əvvəl sahib olduğu əmlakı özündə saxlayır

16.08.2026 492
.

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək. "Report" xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb. Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. "Sabah"ı

10:22 117
.