Azərbaycanın iki karateçisi Ümumdünya Oyunlarına vəsiqə qazandı

Azərbaycanın iki karateçisi Ümumdünya Oyunlarına vəsiqə qazandıBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində böyüklərin 25-ci Dünya çempionatının mükafatçıları İrina Zaretska (-68 kq) və Asiman Qurbanlı (+84 kq) nəticələrə əsasən Dünya Oyunlarına vəsiqə qazanıblar.

16-21 noyabr tarixlərində ötən mötəbər yarışa 117 ölkədən 1 054 karateçi qatılıb. Dubayda İ.Zaretska ikiqat dünya çempionu, A.Qurbanlı isə bürünc medalın (eyni zamanda komanda yarışlarında) sahibi olub.

Daha bir idmançımız Rafael Ağayevin (-75 kq) də Dünya Oyunlarına vəsiqə qazanmaq ehtimalı yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestij turnirlərdə reytiniqdən və Avropa çempionatında nəticəsindən asılı olacaq.

Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. 12 kateqoriyanın hər birində səkkiz karateçi mübarizə aparacaq. Hər kateqoriyada ilk üçlük Dünya çempionatının mükafatçılarıdır. Digər üç yer Dünya Oyunlarından öncə yenilənən reytinqdə ilk pillələri tutanlardan, bir idmançı qitə çempionu kimi, daha bir karateçi isə təşkilatçı ölkənin təmsilçisi olaraq iştirak edəcək.

Dünya Oyunları 7-17 İyul 2022-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçiriləcək. Bu nüfuzlu multiidman oyunlarında 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.

Oyunların karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək.(oxu.az)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1180   Tarix: 04 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

09.10.2026 803
.

Ronaldo 18 ildən sonra ilk dəfə...

Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi

28.09.2026 587
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

18.10.2026 544
.

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun

25.10.2026 482
.

15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu

01.10.2026 753
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17.10.2026 571
.

4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6

07.10.2026 560
.

Prezident Əhmədə nə dedi? - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb

05.10.2026 661
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

04.10.2026 678
.