Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - AÇIQLAMA - VİDEO
Dünən Şamaxıda baş verən zəlzələdən sonra gecəboyu yenə təkanlar baş verib. Zəlzələlərdən biri yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində 5,1 gücündə, ikincisi isə 16:48-də 4,5 bal gücündə olub. Orta gücdə olan iki zəlzələdən sonra kiçik təkanlar müşahidə edilib. Mütəxəsislər bunun normal olduğunu, narahatlığa heçbir səbəbin olmadığını bildirir.
AZXEBER.COM xəbər verir ki, dünən Şamaxıda baş verən zəlzələlərdən sonra maqnitudası 2, 2.5 və 1.5 olan afterşoklar müşahidə olunub.
Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə deyib ki, bu afterşokların davam etməsi normaldır. O bildirib ki, zəlzələdən sonra afterşokun olmaması təhlükəlidir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli əlavə edib ki, Şamaxı seysmik cəhətdən aktiv zona olduğundan təkanların enerji toplanmış digər zəlzələ ocaqlarına da müəyyən qədər təsiri ola bilər. Lakin dağıdıcı gücdə zəlzələ baş verməyəcək. Qurban Yetirmişli vətəndaşları narahat olmamağa çağırıb.
Qeyd edək ki, dünən baş verən zəlzələ zamanı dağıntılara rast gəlinməyib. Bəzi zəif tikililərin divarlarında çatların yaranması isə tikintinin keyfiyyətsiz aparılması səbəbindən baş verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1778 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBloomberg: ABŞ-İran qarşıdurmasının tezliklə başa çatacağı gözlənilmir
ABŞ və İran tərəflərdən heç birinin həlledici üstünlük əldə edə bilmədiyi və başa çatacağı perspektivləri qeyri-müəyyən olaraq qalan uzunmüddətli münaqişəyə cəlb olunublar. "Report"un Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, qarşıdurma Vaşinqtonla Tehran arasında təxminən yarı
16.08.2026 163 Çin Şimal Dəniz Marşrutu ilə Avropaya həftəlik reyslərə başlayıb
Çinin "Sealegend Shipping" gəmiçilik şirkəti Şimal Dəniz Marşrutu ilə Avropaya müntəzəm həftəlik reyslərə başlayıb. "Report"un Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, avqustun 15-də Ninbo-Çjouşan limanında yeni marşrutla Avropaya yola düşəcək "Dubai Tower"
16.08.2026 153 Həftənin ilk iş gününün HAVASI AÇIQLANDI
Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti
16.08.2026 388 İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb
İran hakimiyyəti bildirib ki, ilin əvvəlində baş vermiş müharibə zamanı Su-24 qırıcılarının qəzaya uğramasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin üç pilotu Qətər qüvvələri tərəfindən əsir götürülüb. "Report" xəbər verir ki, bu barədə İran Silahlı qüvvələrinin generalı Məhəmməd Baqerzad
16.08.2026 171 NATO şərq sərhədini gücləndirir: Milyonlarla dron, süni intellekt
NATO Rusiya və Belarusla sərhədlər yaxınlığındakı təhdidləri izləmək üçün dronlar, sensorlar və süni intellekt sistemlərindən ibarət geniş şəbəkə yaratmağı planlaşdırır. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. "Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanan layihənin Finlandiyanı
16.08.2026 168 Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polis
16.08.2026 155 Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı
Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild
16.08.2026 184 Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum edib. "Report"un məlumatına görə, Netanyahu bu barədə "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərin
16.08.2026 154 Qadın hələ doğulmamış uşağını satışa çıxardı
Hamilə qazaxıstanlı qadın uşağını 800 00 tenqəyə (2916 manat) satmaqla qazanc əldə etmək qərarına gəlib. xarici mediaya istinadən xəbər verir ki, Türküstan şəhərinin 24 yaşlı sakini maddi çətinliklər yaşayırmış. O, hələ hamiləlik dövründə gələcək uşağını satmaq qərarına gəlib. Bunun üçün o, sosial şəbək
16.08.2026 180