Həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün 5 MƏSLƏHƏT

Həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün 5 MƏSLƏHƏTHəyatınızın mərkəzində olan evliliyin təravətli qalması üçün ona zaman və diqqət ayırmaq lazımdır. Araşdırmalar göstərir ki, cütlüklər bir-biri ilə təklikdə (kənar şəxslər olmadan) daha çox vaxt keçirdikdə münasibətləri daha sağlam olur və onların boşanma ehtimalı azalır.

Gündəlik həyatın qaça-qaçından ayrılıb, romantik hissləri yenidən yaşamaq üçün vaxt ayırmağa dəyər.

Həyat yoldaşınızla yenidən sevgililər kimi görüşə çıxmaq istərdinizmi?

BiG.AZ sizə bunun üçün bir neçə məsləhət verəcək.

1. Özünüzə yeni ortaq hədəflər seçin

Çox zaman qərarları birlikdə qəbul etsəz də, onları birlikdə həyata keçirə bilmədiyiniz üçün bəzən həm qərarlar uğursuz olur, həm də tərəflər arasındakı bağlar zəifləyir. Lakin birlikdə səyahət etməyi düşünürsünüzsə, gedəcəyiniz yeri, edəcəyiniz işləri də bir-bir hesablayıb birlikdə planlayın. Birlikdə planladığınız şeylər, "əl-ələ" gördüyünüz işlər bağlılığınızı artırıb sizi yaxınlaşdıracaq.

Həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün 5 MƏSLƏHƏT2. Macəraçı olun

"Komfort zona"nızdan birlikdə çıxmağı öyrənin. Birlikdə macəralara hazır olun, hətta kinoteatrda filmə baxdığınızda qorxu hissini, yaxud yeməkdən aldığınız zövqü birlikdə yaşayın. İndiyədək yaşamadığınız hissləri yaşamağa can atın. Qeyri-adi nəyəsə ehtiyac yoxdur: xizək sürmək, dağa dırmaşmaqla da həyatınıza xoş bir həyəcan qata bilərsiniz. Əsas odur ki, daim etdiyiniz işlərdən, getdiyiniz yerlərdən fərqli bir şey olsun.

Həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün 5 MƏSLƏHƏT3. Bir günü özünüzə həsr edin

Sevgililər kimi, görüş təyin edin. Bu görüşlərdə yeni fikirlərə açıq olun. Öz şəhərinizdə turist kimi olun, muzeylərə gedin. Axşamlar vaxtınız olursa, mütləq hər həftə bir axşamı xüsusi gün kimi planlayın. Əmin olun ki, həmin axşamın gəlməsini səbirsizliklə gözləyəcəksiniz.

Həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün 5 MƏSLƏHƏT4. Yeniliklərə açıq olun

Evdən kənarda yeməyi düşünürsünüzsə, ağlınıza gələn ilk restoranı. məhlədəki kafeni, illərlə getdiyiniz məkanı seçməyin. Fərqli bir şey edin. Xarici mətbəxə məxsus çoxdandır dadmaq istədiyiniz yeməyin dadına baxın. Qarşısından həsrətlə keçib, içinə hələ də girmədiyiniz restorana baş çəkin. Yeni şeyləri sınamaq, yeni yerlərə getmək, sanki həmin gün həmin yerə getməkdən başqa vəzifənizin olmadığını hiss etmək içinizdəki ölmüş hissləri yenidən canlandıracaq.

Həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün 5 MƏSLƏHƏT5. Valideyn olmazdan öncəki günlərinizi xatırlayın

Övlad sahibi olmadan öncəki günlərinizi yad edin. Şübhəsiz ki, valideyn olduqdan sonra daha öncə etdiyiniz bəzi işlərinizi tərgitmisiniz. Sizi gənc hiss etdirən məşğuliyyətləri yenidən gündəmə gətirə bilərsiniz. Rəqs, gəzintilər, idman insanı yorsa da, gümrah qalmasına yardım edir.

Həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün 5 MƏSLƏHƏTNatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3173   Tarix: 18 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 698
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 286
.

Hansı qan qrupu daha uzunömürlü ola bilər? - Alimlər araşdırdı

Müxtəlif qan qruplarına sahib insanların təhlükəli xəstəliklərə tutulma riski və sağlamlıq göstəriciləri bir-birindən fərqlənə bilər. Alimlər dörd qan qrupu arasında müəyyən fərqlər aşkarlayıblar. Bəzi araşdırmalarda ən əlverişli göstəricilər birinci qan qrupuna malik insanlarda müşahidə olunub. xəbə

01.11.2026 622
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 497
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 333
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 457
.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

08.11.2026 247
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 471
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 274
.