Emil Əkbərov: "Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir"
"Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədindən ölkəmizə qarşı yenidən genişmiqyaslı təxribatlara əl atması açıq şəkildə 10 noyabr bəyanaməsinin pozulması deməkdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında "BİG Media" MMC-nin rəhbəri Emil Akbarov söyləyib. O, qeyd edib ki, erməni terrorçu dəstələrinin noyabrın 16-da törətdiyi təxribat nəticəsində 7 hərbi quluqçumuz şəhid olub, 10-nu isə yaralanıb: "Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Ermənistanın növbəti təxribatı yenə də biabırçi məğlubiyyətlə nəticələndi. Düşməni geri çəkilməyə məcbur edən Azərbaycanın Müzəffər Ordusu 6 terrorçununu ələ keçirib. 10 noyabr bəyannaməsindən 1 ildən çox vaxt keçsə də, erməni terrorçuları torpaqlarmızdan tam çıxarılmayıb. Hələ də Rusiya sülhməramlıları tərəfindən silahlı erməni terrorçularının Azərbaycan torpağından çıxarılmaması və təxribatların davam etməsi sual doğurur. Təəssüf ki, 30 il olduğu kimi, yenə də beynəlxalq təşkilatlar Ermənistan tərəfinin, revanşizm mövqeyindən çıxış edərək, hərbi təxribatları davam etdirməsinə göz yumur".
Emil Əkbərov vurğulayıb ki, Ermənistan bu təxribatları ilə Azərbaycan Ordusunun "dəmir yumruğ"unu yenidən öz başında hiss etmək istəyir: "Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir. Onların bu təxribatları sonda Ermənistanın dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ərazi bütövlüyümüzü təmin edən Azərbaycanın Müzəffər Ordusu növbəti dəfə döyüş əməliyyatına başlasa, qısa müddət ərzində nəinki qədim Azərbaycan torpaqlarımızı geri qaytaracaq, hətta Ermənistanın dövlət kimi varlığını sual altına ata bilər. Ona görə də Ermənistan rəhbərliyinin üçtərəfli 10 nobar bəyannaməsinin şərtlərinə əməl etməsi ölkəsinin taleyi üçün daha yaxşı olardı.
Düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüzü təmin edərək, öz gücünü və qüdrətini nəinki Ermənistana, bütün dünyaya sübut etdi.
Ulu Öndər Heydər Əliyevin dövründən başlayan ordu quruculuğu cənab Prezident İlham Əliyevlə ən yüksək səviyyə çatdırılıb. Yüksək döyüş qabiliyyətinə malik olan, ən müasir hərbi texnika, silah-sürsatla təmin edilən Azərbaycan Ordusu bu gün 50 ən güclü ordular sırasındadır. Ermənistan çox yox, 1 il öncə uğradığı biabırçı məğlubiyyətini unutmasa, daha yaxşı olar. Dünənki təxribat zamanı erməni terrorçu dəstələri bir daha Azərbaycan Ordusunun gücünü öz başında hiss etdi. Çünki 10 noyabr təxribatı Ermənistan tərəfi üçün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə nəticələndi. 16 noyabr təxribatı isə onu göstərdi ki, Azərbaycan həm hərbi, həm də diplomatik sahədə olduqca möhkəmdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1000 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEv almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
20:15 1 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
18:18 0 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 227 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 269 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 228 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
21:00 1 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 236