Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO

Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTOGədəbəy rayonu, Qoşabulaq kənd məktəbindəki lövhədə ölkənin adı səhv yazılıb.

Bu barədə foto sosial şəbəkədə paylaşılıb.

Belə ki, rayonun Qoşabulaq kənd məktəbinin girişində asılan lövhədə Azərbaycan sözündə kobud səhvə yol verilib və "Azərbacan" kimi yazılıb.

Sosial şəbəkə istifadəçiləri ölkənin adının səhv yazıldığı lövhənin o şəkildə divara vurulması ilə bağlı ciddi müzakirə ediblər.

Eyni zamanda yazılış qaydalarına əsasən məktəb adlandırılan zaman şəxsin adı soyaddan öncə gəlməlidir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən foto Gədəbəy rayonu Qoşabulaq kəndi R.İsmayılov adına 2 saylı tam orta məktəbdə çəkilib. Məktəbin lövhəsində texniki olaraq səhv yazılmış "Azərbaycan" sözü düzəldilib və həmin lövhə yenisi ilə əvəz edilib.

Səhvin düzəldilməsi və yeni lövhənin vurulması ilə bağlı fotonun redaksiyamıza göndərilməsini xahiş etsək də, müraciətimizə cavab gəlmədi. Ümid edirik ki, səhv həqiqətən də düzəldilib.

Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4577   Tarix: 17 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

18:18 0
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 269
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.