Türkiyənin Azərbaycan əsilli ilk qadın vəkili "Yüz ilin sirləri"ndə - VİDEO
Ötən mövsüm Azərbaycan Televiziyasında yayımlanan ən baxımlı layihələrdən olan "Yüz ilin adamları" layihəsi bu il yeni adla, yeni formatda təqdim olunacaq.
Belə ki, bu mövsüm veriliş "Yüz ilin sirləri" adı ilə tamaşaçıların qarşısına çıxacaq.
Mövsümün ilk buraxılışı Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğluna həsr edilib. Verilişdə Sürəyya xanımın bioqrafı, həmkarları və varisləri onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Sürəyya Ağaoğlu 1903-cü ildə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. Sürəyya xanım 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edib. O, altı yaşında anadan olduğu Şuşanı tərk edib və ancaq 79 yaşında Vətənə qayıda bilib. Sürəyya Ağaoğlu, həmçinin Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olub və Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlini qoyub.
Layihənin ideya müəllifi və aparıcısı Hüseyn Cavadzadənin sözlərinə görə, bu mövsüm efirə gedəcək buraxılışlar zamanı təkcə tarixi şəxsiyyətlərin həyat yolu deyil, eyni zamanda tarixi hadisələr, faktlar da araşdırılacaq. Bəzi verilişlər Azərbaycan siyasətində, mədəniyyətində önəmli səhifə olan hadisələrə, proseslərə həsr olunacaq. Bununla yanaşı, ötən əsrin ölkə və dünya əhəmiyyətli bəzi sirləri də yaradıcı heyət tərəfindən aşardırılır.
"Araşdırmalarımız zamanı bəzən elə sirli məqamlarla rastlaşırıq ki, özümüz də təəccüb edirik. Amma əsas odur ki, tamaşaçıya verəcəyimiz hər bir informasiyanı əsaslı faktlarla təqdim edə bilirik. Bu mövsüm dahi M.Ə.Rəsulzadə, Həzi Aslanov kimi tarixi qəhramanlarımızla yanaşı, Ağaoğlular nəslinin seçilən nümayəndələri Əhməd bəy Ağaoğlu, Sürəyya Ağaoğlu, Rusiyada yaşamış, tarixdə ilkləri ilə qalan azərbaycanlılar Sabit Orucov, Kərim Kərimov, Eyyub Tağıyev, Ənvər Məmmədov haqqında da özəl buraxılışlarımız olacaq," - deyə Hüseyn Cavadzadə bildirib.
"Yüz ilin sirləri" noyabrın 14-də saat 22:00-da AzTV-də efirə gedəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1034 Tarix: 13 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 238 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 273 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
18:22 0 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 225 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 259 ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?
ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v
15:00 206 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83