DYP bu sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sayrışan işıqlarla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib.
BiG.AZ-ın məlumatına görə, müraciətdə deyilir:
"Avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə son vaxtlar tez-tez rast gəlinir. Belə hallar qanun pozuntusu olmaqla yanaşı, həm də bu kimi avtomobillərin sürücüləri bəzən digər hərəkət iştirakçılarına maneçilik yaradırlar.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, göy və ya qırmızı rəngli sayrışan işıq siqnalı yalnız operativ nəqliyyat vasitələrində olmalıdır və onların sürücüləri də xüsusi tapşırıqları yerinə yetirərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. Həmçinin, gücü dəyişən işıqlardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri xüsusi qeydiyyatdan keçməlidirlər. Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub. Həmçinin, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur və cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir".
Müraciətdə Baş Dövlət Yol Polisi İdarəsi, göy və ya qırmızı rəngli sayrışan işıqların yalnız operativ nəqliyyat vasitələrində istifadəsinə icazə verildiyini bir daha xatırladır, hüquqi və fiziki şəxslərdən avtomobillərində bu kimi halların tez bir zamanda aradan qaldırılmasını xahiş edir: "Əks təqdirdə belə qanun pozuntularına yol verən şəxslər barəsində göstərilən inzibati tənbeh tədbirləri tətbiq ediləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 12 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşada sui-qəsd cəhdinin qarşısı alındı - Rusiya vətəndaşı saxlanıldı
Polşanın Baş naziri Donald Tusk Varşavada ABŞ və Ukrayna vətəndaşlığı olan şəxsi öldürməyə cəhd etməkdə şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb. xəbər verir ki, Tuskun sözlərinə görə, şübhəli şəxs avqustun 7-də saxlanılıb. Baş nazir iddia edib ki, Rusiya vətəndaşı "Rusiya kəşfiyya
11:23 98 16 yaşlı qızın toyunun qarşısı alındı
Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb. Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Rayo
10:50 123 Niderlandda fermerlərdən hökumətə ETİRAZ: Yüzlərlə traktor küçələrdə
Niderlandda yüzlərlə fermer Hertogenbos şəhərində hökumətin ekoloji siyasətinə qarşı traktorlarla etiraz aksiyasına qatılıb. xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb. Etirazçılar yerli administrasiya binasının qarşısına toplaşaraq hökumətin beş quşçuluq təsərrüfatının lisenziyalarını ləğ
16.08.2026 244 Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum edib. "Report"un məlumatına görə, Netanyahu bu barədə "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərin
16.08.2026 306 İranın üç pilotu Qətərdə əsir götürülübmüş
Mart ayında döyüş uçuşu həyata keçirən İranın üç "Su-24" pilotu qırıcıların qəzaya uğramasından sonra Qətərdə əsir götürülüb. -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzadə məluma
16.08.2026 236 Bu tarixdə Ay tutulması olacaq
Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Axşam.az xəbər verir ki, BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digə
11:30 91 Trampdan ŞOK AÇIQLAMA: "Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm"
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını yaxın vaxtlarda ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirib. xəbər verir ki, o, bu barədə Nyu-York ştatında çıxışı zamanı danışıb. Tramp bildirib ki, bu qərar ABŞ İranı tamamilə məğlub etdikdən sonra veriləcək. "İranı tamamilə məğlub etdikdən sonra
16.08.2026 255 Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Böyük Britaniya nüvə silahına malik "ilk İslam Respublikası" olacaq. "Report" xəbər verir ki, bu barədə Baş nazir "Qaley İsrailin Müdafiə Ordusu"nun hərbi radiosuna müsahibəsində bildirib. "Nüvə silahına malik il
16.08.2026 225 Beş qadın və keçmiş gözəllik kraliçası insan alverçilərindən xilas edildi
Filippində insan alveri şəbəkəsinin qurbanı olan beş rusiyalı qadın və keçmiş gözəllik müsabiqəsi qalibinin xilas edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Cebu Daily News" Milli İstintaq Bürosuna istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, qadınları kommersiya məqsədli cinsi istismar
11:31 94