Yağ: Başa bəla

Yağ: Başa bəlaYağ: başa bəla

Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində 100 qramdan artıq yağ qəbul etməlidir. Qəbul edilən yağın 60 faizi isə mütləq kərə yağı olmalıdır. Çünki onun tərkibi insan orqanizmi üçün lazım olan A, E, D vitaminləri ilə zəngindir. Ancaq yağı normadan artıq qəbul etmək də bədənə mənfi təsir göstərə bilər.

Yağlı yeyək, yoxsa yavan?

Həkim-qastroenteroloq Gülçöhrə Müslümovanın dediyinə görə, yağdan ifrat dərəcədə istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın əmələ gəlməsinə şərait yaradır: "Kərə yağının tərkibində insan orqanizmi üçün faydalı olan mineral maddələr, vitaminlər var. Bu səbəbdən də yağdan tamamilə imtina etmək düzgün olmaz. Ancaq kərə yağından həddən artıq istifadə də orqanizm üçün zərərlidir. Xüsusilə də keyfiyyətsiz kərə yağlarından.

Keyfiyyətsiz kərə yağlarından istifadə zamanı mədədə ağrılar, mədə bulanması kimi hallar müşahidə olunur. Həzm prosesi düzgün getmədiyi üçün mədədə göynəmələr, ağırlıq ortaya çıxır. Zərərli yağlardan istifadə nəticəsində yaranan mədə-bağırsaq xəstəlikləri zamanı xəstədə ilkin olaraq mədə bulanması, epiqastral nahiyədə ağrılar, iştahsızlıq və halsızlıq kimi hallar müşahidə edilir. Bir müddət sonra isə xəstənin vəziyyəti ağırlaşır və daha ciddi problemlər ortaya çıxır. Ağır yeməklər yeyəndə mədədə kəskin ağrılar baş qaldırır".

Xolesterinin miqdarı niyə artır?

Həkim-qastroenteroloq vurğulayır ki, qida rasionunda yağdan həddindən çox istifadə zamanı orqanizmdə olan xolesterinin miqdarı artmağa başlayır ki, nəticədə ürək-damar sisteminin fəaliyyətində problemlər yaranır, qan təzyiqi yüksəlir, damarlar kirəcləşir:

"Orqanizmdə xolesterinin miqdarı artanda damarların divarlarında, əsasən də ürək və beyin damarlarında o, yığıntı şəklində toplanaraq aterosklerozun yaranmasına səbəb olur. Aterosklerozun ən təhlükəli fəsadları isə miokardın infarktı, insultdur. Düzdür, xolesterin orqanizm üçün, onun normal fəaliyyəti üçün önəmli olan maddələrdən biridir. Hüceyrələrin xarici örtüyü, tamlığı, normal fəaliyyəti xolesterin vasitəsilə təmin edilir. Ancaq onun orqanizmdə həddən ziyadə olması ciddi problemlər yaradır".

Başlıca hədəf - qaraciyər

Həkim deyir ki, yağdan həddən artıq istifadə edəndə orqanizmin ən vacib orqanlarından sayılan qaraciyərdə müəyyən problemlər ortaya çıxır. Tərkibi naməlum, keyfiyyətsiz yağlardan istifadə zamanı isə qaraciyər ciddi zərər görür:

"Qaraciyər orqanizmin ən davamlı orqanlarından biri sayılır. Zədələndikdən qısa müddət sonra qaraciyər özünü bərpa etməyə başlayır. Heç bir orqan qaraciyər kimi öz hüceyrələrini bərpa edə bilmir. Ancaq qaraciyər orqanizmin çox həssas orqanlarından biridir. Ciddi zərər gördükdə özünü bərpa etmək xüsusiyyətini itirir. Bu zaman onun fəaliyyətində müəyyən problemlər ortaya çıxır".

Qastroenteroloq qeyd edir ki, keyfiyyətsiz zeytun, günəbaxan və digər yağlardan da istifadə orqanizm üçün zərərlidir: "Keyfiyyətsiz yağların tərkibində olan zərərli maddələr orqanizmdə toplanır və tədricən bir sıra xəstəliklərin yaranmasına səbəb olur".

Aşı bişirən yağdır, gəlinin üzü ağdır...

Keyfiyyətsiz və tərkibi naməlum olan yağların mənfi təsiri mətbəximizdən də yan keçmir. Belə ki, naməlum tərkibli yağlar zəhmətlə hazırladığımız xörəklərə xoşagəlməz dad verir.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sözlərinə görə, hazırlanan hər bir xörəyin ləziz alınması üçün istifadə olunan yağın keyfiyyətinin böyük əhəmiyyəti var:

"Xörək hazırlanmazdan öncə istifadə olunacaq ləvazimatların, xüsusilə də yağın keyfiyyətinə diqqət yetirmək lazımdır. Çünki xörəyin dadlı alınması üçün yağın keyfiyyətli və təmiz olması mühüm şərtdir. İstər kərə, istərsə də bitki yağı, əgər düzgün seçilsə və keyfiyyətli olsa, xörək bir o qədər dadlı alınar. Keyfiyyətsiz yağdan hazırlanan xörək dadsız, tamsız olur".

T.Əmiraslanov qeyd edir ki, kərə yağını əridilmiş vəziyyətdə istifadə etmək lazımdır: "İsti odda əridilən zaman yağın tərkibindəki su, lazımsız maddələr ayrılır və nəticədə yerdə təmiz yağ qalır".

Yağın təmiz olub-olmamasını necə müəyyən etmək olar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, satışda olan yağların 85 faizi təmiz deyil. Kərə yağı adı altında əhaliyə satılan "yağ"lar bitki, heyvan, marqarin mənşəli tərkibə malikdir:

"Təəssüflər olsun ki, Azərbaycanda bu cür məhsulları analiz edəcək və müəyyənləşdirəcək bir qurum mövcud deyil. Bu səbəbdən də bəzi işbazlar rahatlıqla keyfiyyətsiz yağları keyfiyyətli adı ilə insanlara satırlar. Keyfiyyətsiz yağlar topdansatış mərkəzlərində daha çox satılır".

E.Hüseynovun dediyinə görə, kərə yağının ərimə temperaturu insan orqanizminin temperaturundan daha aşağı olduğundan, o, mədədə və ya bağırsaqlarda qalmamalı, əriməlidir. Yağın necə həzm olunmasından asılı olaraq, onun təmiz olub-olmamasını müəyyən etmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3965   Tarix: 24 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490