15 yaşlı Aqşinin intiharının TƏFƏRRÜATI
Əliyev Aqşin Xəyyam oğlu 2006-cı il yanvarın 5-də doğulub.
BiG.AZ APA-ya istinadən bildirir ki, 15 yaşlı yeniyetmə yaşadığı evdən 2 kilometr məsafədən keçən Yuxarı Qarabağ kanalında özünü suya ataraq intihar edib. Ailəsi Aqşinin göz görə-görə ölümə sürüklənməsinə səssiz qaldıqlarına görə özlərini günahkar bilir. Nənəsi Ruqiyyə Cavadova deyir ki, gərək uşağı həkimə aparardıq: "Söhbət edəndə deyirdi mən həyatımdan bezmişəm. Düşmənimiz yox heç kimin günahı yox. Onun xətrinə heç kim dəymirdi. əvvəldən deyir di, ki özümü atacağam suya. Gəlib mənə deyirdi ki, nənə sən get bizdə yat mən sənin yerində yatacağam. Səhər gəlirdim ki, hələ yatmayıb. Deyirdim ay bala bu telefon səni məhv edəcək. Deyirdi onsuzda mən həyatımdan bezmişəm. Biz gərək onu həkimə apardıq".
Yaxın qohumları isə yeniyetmənin ölümünün arxasındakı sirr pərdəsini qaldırıb, Aqşinin əslində sevdiyi qıza görə intihar etdiyini deyir. İntihar edən yeniyetmənin əmisi Samir Cavadov bildirir ki, Aqşin özünə çox qapanmışdı, ailədə heç bir problemi yox idi: "İstədiyi qız olub. Qızın nişanı olub. Saytlarda da yazıb ki, ya o nişanı məhv edəcəyəm ya da özümü. Məncə qıza görə başqasına verildiyinə görə fikirləşib bu hadisə baş verib."
15 yaşlı yeniyetmənin istədiyi qızın nişanlanmağı da, onun bu cavabsız sevgi səbəbindən özünü öldürməyi də Aqşindən sonra çox sualları cavabsız qoyub. Aqşinin sevdiyi qız neçə yaşında idi? Kim idi? 9-cu sinfi yeni bitirən yeniyetmənin sevdiyi qızın valideynləri o yaşda qızı kimə, niyə ərə verirdi? Əslində elə o qızın da kimliyini Aqşin sirr olaraq özü ilə apardı. Yaxınları isə ən çox sosial şəbəkələrdən narazıdır. Aqşinin yaxın qohumu Rza Rzayev deyir ki, telefon ucbatından ailələr dağılır, gənclər yolundan çıxır, müsibətlər baş verir: " Bu telefon ucbatından hər şey olur. Gündə bir sosial şəbəkə yaradılır. Sosial şəbəkələrə qadağalar qoyulsun".
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmanın nəticələri açıldıqdan sonra Aqşinin ölümünün gerçək səbəbləri üzə çıxacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3019 Tarix: 04 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İctimai Wi-Fi istifadə edənlər üçün vacib xəbərdarlıq
"Parkda, kafedə və ya ticarət mərkəzlərində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı deyil. Bunun əsas səbəbi bu tip şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərl
01.04.2026 269 Putin Paşinyanla görüşdü - Yenilənib
Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşür. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, tərəflər arasında keçirilən danışıqlarda Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzindədir
01.04.2026 175 Nizami rayonunda aparılan tikinti narazılığa səbəb oldu - Video
Nizami rayonunda piyada səkisinin dağıdılaraq böyük tikinti işinin aparılması narazılığa səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, rayonun Elşən Süleymanov küçəsində bir müddətdir tikinti işləri aparılır. Sakinlərin narazılığına səbəb olan tikinti piyada səkisinin bir hissəsinin dağıdılmas
01.04.2026 299 ABŞ Prezidenti Tramp NATO-dan çıxma ehtimalını açıq şəkildə dilə gətirdi
ABŞ Prezidenti Donald Tramp Britaniyanın "The Telegraph" qəzetinə müsahibəsində bildirib ki, ABŞ NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirir. O, bu qərarı Alyansın İsrail və ABŞ-nin İrana qarşı əməliyyatına qoşulmaması ilə əsaslandırıb və NATO-nu "kağız pələng" adlandırıb. BİG.A
01.04.2026 259 Əfqanıstan və Pakistan sərhəd münaqişəsini həll etmək üçün Çin vasitəçiliyi ilə görüş keçirir
Çinin iştirakı ilə Əfqanıstan və Pakistan nümayəndələri sərhəddəki hərbi münaqişəni dayandırmaq məqsədilə üçtərəfli danışıqlara başlayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, görüş Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilir və Əfqanıstanın təşəbbüsü ilə reallaşıb. Danışıqlarda hər ik
01.04.2026 245 AAYDA-nın "torpaqyeyən" məmurları
Ölkədə tıxacların aradan qaldırılması üçün Preizident İlham Əliyevin rəhbərliyi ilə bir sıra layihələri icra olunur. xəbər verir ki, indiyə qədər çoxlu sayda layihələr həyata keçirilib ki, bu da insanların rahatlıqla mənzil başına çatmasına yardımçı olub. Lakin bu işlərə kölgə salanlar da var. Belə ki
01.04.2026 206 Qaradağda yolu sel apardı - Belə keçirlər-Video
Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında Ceyrankeçməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb. "Qafqazinfo" xəbər verir ki, çaya sel gəlməsi və körpünün yaxınlığından keçən yolun da yararsız hala düşməsi ilə ik
01.04.2026 401 Problem, yoxsa oyanış: Orta yaş böhranının əsl səbəbləri nələrdir?
Orta yaş böhranı adlandırdığımız halların böyük hissəsi nə idman avtomobili almaq, nə ailəni tərk etmək, nə də isti ölkəyə birtərəfli bilet bron etmək istəyi ilə bağlıdır. Bu mərhələni yaşayan insanlar - müəllifin özü də daxil olmaqla - daha qəribə bir hissdən danışırlar: sanki həyatın əsası yerində
01.04.2026 120 7 nömrəli Yol İstismar İdarəsinin direktoru işçiləri şəxsi zavodunda çalışdırır? - İDDİA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur. -ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçin
01.04.2026 205