Həyatın mənası nədir? - MARAQLI YANAŞMA

Həyatın mənası nədir? - MARAQLI YANAŞMA"Həyatının mənasını itirmək həyatını itirməkdən daha pisdir...". (Seneka)

Müharibədən sonra xeyli müddət idi ki, həyatın mənası haqqında düşünürdü. Ceyn və Stiven Houkinqin həyat hekayəsini əks etdirən"The theory of everything" filminə baxandan sonra ilahi çağırış ona bu mətni yazdırdı.

Filmdəki "Arrival of the birds" musiqisi iliklərinə kimi hopmuşdu. Bu musiqi axıra kimi də onu yazıda müşayiət etdi.

Özünə bu sualları verirdi: "İnsan niyə hər zaman məna axtarışındadır? Məgər həyatda məna axtarmaqdansa insan özünə mənalı bir mövqe tutmalı deyilmi? Məna axtarmağa dəyərmi?"

Bizim hər birimiz məna axtarışındayıq. Səbəbsiz və nəticəsiz (bəzən nəticəsi olan) axtarışlardayıq. Məna puldurmu? Məna status, məşhur olmaq, nüfuz, şan-şöhrətdirmi? Məna həzz, erotika ya başqa bir şeydir?..

"Həyat - bu, sonsuz təkmilləşmədir. Özünü mükəmməl hesab etmək isə özünü öldürməkdir", - deyir Hegel.
Platon həyatının mənasını daha çox öyrənməkdə görürdü.
Stoiklər "Məntiq işlət, əzab çəkmə" deyirlər.
Aristotelə görə, həyatın mənası "yaxşı olmaq"dır.
Nihilistlər "Həyatın mənası yoxdur" deyə düşünürlər.
Sokratın bir çox davamçıları kimi, Şərqdəki filosoflar da həyatın mənasını sadə olmaqda görürdülər.
Kant "Özünə rəva bilmədiyini başqasına da rəva bilmə" deyir.
Hedonistlər həzz almaq hissini həyatın mənası kimi görürlər.

Hər məktəb, hər toplum və hər bir fərd fərqli-fərqli anlamlar verir həyatın mənasına.

Oxuduğu bir kitabda həyatın mənası haqqında gözəl bir nümunə çəkilmişdi:

"Bir jurnalist yüz iki yaşlı qoca kişidən müsahibə almaq üçün onun evinə gedir. Ondan bu qədər çox yaşamasının, belə sağlam, rahat və sevincli olmasının sirrini soruşur. Əslində jurnalist qocadan "spirtli içki qəbul etmədim, siqaret çəkmədim, idman elədim" kimi cavablar gözləyir.
Ancaq qocanın cavabı gözlənilməz olur:

- Mənim balam, hər gün obaşdan oyanır, halıma şükür edib pəncərənin qabağına keçirəm. Havanın günəşli, yağışlı, qarlı, isti, soyuq olmasından asılı olmayaraq, öz-özümə bu sözləri deyirəm: "Əla gündür, əsl mənim istədiyim kimi..."

Bəli. Hər birimiz döyüşdəyik. Hər birimiz başqa-başqa savaşlarda, həmin qoca kimi, eyni fəsilləri yaşayırıq. Həyat bizə heç vaxt mükəmməl, ideal gün nəsib etməyəcək... Biz həmin günə belə bir mənayla baxmayana kimi...

Bu, gün eynəyi misalına bənzəyir. Parlaq günəşli günlərdə gün eynəyi taxan adam hər tərəfi tünd rəngdə görür. Özünü günəşin zərif, şəfqətli, sehirli işıqlarından məhrum edir. Məcazi mənada da həyatın günəşli günlərini tünd rəngdə görən adam həyatda məna tapmaqda çətinlik çəkir.

Riyaziyyatı yaxşı bilmirəm, ancaq onu bilirəm ki, həyatın bizə bəxş etdiyi məna bizim həyata hansı mənanı yükləməyimizlə düz mütənasibdir. Həyatın mənası o an bizim nə hiss etməyimizlə bağlıdır.

Filosof Labruer belə yazırdı: "İnsan həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O, necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və əzablar içində ölür".

Doğum və ölüm arasındakı məna - anı sevgiylə yaşamaqdır. Hətta çətinlikləri belə...

Mən başa düşürəm, biz dünyaya istəyərək gəlmirik, ancaq istəyərək həyatımızı mənalı edə bilərik.

Anı yaşayın. Döyüşün də gözəlliyini hiss edin. Çətin olsa belə...

Həyatın mənası nədir? - MARAQLI YANAŞMAAnar Yaşaroğlu


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1153   Tarix: 09 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3