Tokio-2020-də canlı yayımda evlənmə təklif etdi

Tokio-2020-də canlı yayımda evlənmə təklif etdiAlmaniya millisinin üzvü Maks Kruze maraqlı addımla gündəmə gəlib.

BiG.AZ xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Olimpiya Oyunlarında Səudiyyə Ərəbistanı ilə keçirilən matçdan (3:2) sonra verdiyi açıqlama zamanı sevgilisi Dilara Mardineyə evlənmə təklif edib. Dilaranın Kruzeyə cavabı "hə" olub.

Kruze Almaniya yığmasının Olimpiya Oyunları üçün heyətində yer alır.

Almaniya millisi Tokio-2020-də Braziliya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı ilə birgə D qrupunda yer alır./Unikal.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1009   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş