Xərçəng yalnız bu orqanda yaranmır - İlginc səbəb

Xərçəng yalnız bu orqanda yaranmır - İlginc səbəbXərçəngə səbəb olan şişlər, normal olmayan hüceyrələrin nəzarətsiz şəkildə bölünərək çoxalması ilə yaranır.

İnsan bədəninin bütün orqanlarında baş verən bu hüceyrə bölünməsi, yalnız ürəkdə meydana gəlməz.

BiG.AZ saglamolun.az-a istinadən bildirir ki, dünyada çox amma çox az rast gəlinən ürək xərçənginə səbəb olan hüceyrə bölünməsi, sadəcə doğuşdan gələn ürək anormallıqlarından irəli gəlir.

Nadir hallarda olsa da, ana bətnində inkişaf etməkdə olan hüceyrələr, şiş əmələ gəlməsinə səbəb ola bilər.

Ürəyimizin böyük hissəsini əzələ hüceyrələri tutur. Bu hüceyrələr bədən böyüklüyünə görə genişlənir, ancaq bölünmür.

Ürək hüceyrələrinin bölünməməsi, ürək xərçəngi olma riskini aradan qaldırsa da, digər bir nöqsana səbəbiyyət verir.

Hüceyrələrin bölünməməyinin nəticəsində, bir infarkt ardından toxumaların bərpa olunmamasına səbəb olur.

Mümkündür ki, bu məqam, xərçəngin müalicəsi üçün böyük önəm kəsb etsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1767   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş