Xoşqədəm Hidayətqızının verilişində axtarılan yeniyetmənin meyiti TAPILDI - FOTO

Xoşqədəm Hidayətqızının verilişində axtarılan yeniyetmənin meyiti TAPILDI - FOTOMingəçevirdə Kür çayında meyit tapılıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, meyit 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğluna məxsusdur.

Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi götürməyib.

Qeyd edək ki, Ruslan Abbasovun valideynləri Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edərək, onu tapmaqlarını xahiş etmişdilər.

Xoşqədəm Hidayətqızının verilişində axtarılan yeniyetmənin meyiti TAPILDI - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2672   Tarix: 07 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş