İşdən çıxarılan məşhur cərrah DANIŞDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib.
Bu barədə BakuPost.az-a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb.
"Hakim Fuad Talışınskinin sədrliyi ilə məhkəmə birinci qərarı qüvvədə saxladı. Hər iki tələbim təmin edildi. Mən 2017-ci ildən bəri çalışdığım xəstəxanaya qayıtmağa hazırlaşıram. Mayın sonu işə çıxmaq istəyirəm.
Mənim direktorla heç bir şəxsi qərəzliyim yoxdur. Sübut etdim ki, peşəmi şərəflə icra etmişəm və müharibədə can qoyan cərrahı 70Ç bəndi ilə işdən belə çıxarmaq hörmətsizlikdir".
Anar Mehdiyev səkkiz aydır işsiz olduğunu bildirib, bu müddət ərzində yığılmış 9600 manat əmək haqqının da ödənilməsini tələb edib.
Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1371 Tarix: 07 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CNN: "İran əməliyyatlarında ehtiyatların tükənməsi səbəbindən ABŞ-ın başqa bir müharibə başlasa, raketlərinin tükənməsi riski var"
CNN çərşənbə axşamı mütəxəssislərə və Müdafiə Nazirliyinin daxili ehtiyat qiymətləndirmələri ilə tanış olan üç nəfərə istinadən bildirib ki, ABŞ ordusu İranla müharibə zamanı əsas raket ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmış və yaxın bir neçə ildə baş verə biləcək gələcək münaqişədə sursatın tükənməs
22.04.2026 307 İsmayıllı yolu 1 həftə bağlı olacaq
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində 24 aprel saat 07:00-dan 30 aprel saat 24:00-dək təmir işləri aparılacaq. "Qafqazinfo" AAYDA-ya istinadən xəbər verir ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
22.04.2026 280 Alena Əliyeva Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva instaqram hesabında Beynəlxalq Rəqs Gününə həsr olunmuş Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
22.04.2026 362 Çindən təhlükəli ixtira: dünya internetini kəsə biləcək
Çin dünya üzrə internetin əsasını təşkil edən sualtı kabelləri kəsməyə qadir yeni qurğunu sınaqdan keçirib. BİG.AZ xəbər verir ki, TechRadar nəşrinin yaydığı məlumata əsasən, sınaqlar xüsusi tədqiqat gəmisindən 3500 metrədək dərinlikdə aparılıb. Bildirilib ki, bu cihaz qorunan sualtı kommunikasiya xətlərin
22.04.2026 186 25° isti... - Sabahın havası
Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
22.04.2026 242 Axios: Tramp İrana cavab vermək üçün bir neçə gün vaxt verdi
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadıldığını elan etdi, lakin konkret tarix göstərmədi. Axios xəbər verir ki, bu, yekun razılığa gəlmək üçün yeni diplomatik fürsət yaradır . Mənbələrə görə, belə bir qərarın səbəblərindən biri Amerika və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəb
22.04.2026 174 Tarixin ilk çeki tərcümə olundu: hansı məhsula aid olub?
Danimarka Milli Muzeyi və Kopenhagen Universitetinin mütəxəssisləri qədim mixi yazılı lövhənin tərcüməsini tamamlayıblar. Məlum olub ki, bu sənəd tarixin ən qədim maliyyə sənədlərindən biridir. Artefakt təxminən eramızdan əvvəl 200-ci ilə aid olan və pivənin alınması üçün tərtib edilmiş inzibati qəbzdir
22.04.2026 233 Klinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI
Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib. BİG.AZ "Bakupost"a istinadla xəbər verir ki, məlumatı o özü təsdiqləyib. K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb. O bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:. "Əməkda
22.04.2026 336 "Facebook"da bağlanan hesablar, SAXTA SƏBƏBLƏR - Blokdan necə çıxmaq olur
Facebook platformasında istifadəçilər tez-tez əngəllərlə rastlaşmağa başlayıb. Səbəbsiz yerə şəxsi profilləri və ya biznes səhifələri bağlanır. İnsanların illərlə əziyyət çəkərək 300 min və ya daha çox izləyicisi olan səhifələr bloka düşür. -ın əməkdaşının hazırladığı bu yazıda Meta şirkətinin istifadəçilə
22.04.2026 202