Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?
Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?
Mövzu ilə bağlı BiG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib.
O bildirib ki, bu məhsullar vaxtından əvvəl xüsusi iqlim şəraitində, istixanalarda yetişdirilir.
"Belə tərəvəzlərin və meyvələrin yeyilməsi orqanizm üçün təhlükəlidir. Elə məhsullar da var ki, onlar konservləşdirilərək saxlanılır. Geni dəyişən məhsulların bir xüsusiyyəti də var ki, onları konkret bir temperaturda illərlə saxlamaq mümkündür. Belə məhsullar lazımi vaxtdan bir qədər erkən satışa çıxarılır. Azərbaycanda 9 iqlim qurşağı var. Bizim hətta subtropik bitkiləri istehsal etmək və daxili bazarı təmin etmək qabiliyyətimiz var. Amma təəssüflər olsun ki, bundan yararlanmırıq. Hansı məhsullar ki, ölkə daxilində yetişdirilir, onu yetişdirən insanlara, fermerlərə, kəndliyə stimul vermək lazımdır. Onlardan təbii şəraitdə yetişdirilən məhsulu almaq lazımdır. Yalnız ölkədə olmayan ekzotik meyvələr idxal edilməlidir. Yerdə qalan məhsullar öz mövsümündə yeyilməlidir. Qida təhlükəsizliyi məsələsinə ciddi riayət etmək lazımdır. Bu, formal xarakter daşımamalıdır. Mövsümdən əvvəl yetişən meyvələr isti şəraitdə saxlanılır və yetişdirilir".
Ekspert qeyd edib ki, ərzaqların mövsümündən əvvəl baha olması təbiidir, amma bəzən qiymətlər çox şişirdilir. Lakin məsələ fərqlidir. Bəzən ayrı-ayrı insanlarda qida davranışı pozulur. Bu, hormonal və psixoloji dəyişikliklər fonunda baş verə bilir. Hamiləlik isə çox ciddi fizioloji proses olduğuna görə, ayrı-ayrı qidalara tələbat ortaya çıxa bilir. Normal adamda isə qida davranışı adekvat olur.
"Çünki onların yetişməsi üçün müxtəlif gübrələrdən, kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr isə insan orqanizminə lazım olmadığı üçün zərərli hesab olunur. Mən düşünürəm ki, hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilsə, daha düzgün olar. Çünki orqanizm də ritmik olaraq buna uyğunlaşır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1176 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"
Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş verg
22.10.2026 236 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 189 Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA
Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol
22.10.2026 239 Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
22.10.2026 247 Sabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı
22.10.2026 280 Uşağın faciəsi, hocanın bayramı - Cübbə var, vicdan hanı?
Uşağın fəryadını eşitməyən "hoca"nın sevinci: Türkiyədə kimlərə qulaq asırlar?. Türkiyədə qəribə bir mənzərə yaranıb. Bir tərəfdə elm adamları, ziyalılar, hüquq müdafiəçiləri, uşaqların gələcəyi üçün mübarizə aparan insanlar var. Digər tərəfdə isə cübbəsi, saqqalı, moizələri və milyonlarl
22.10.2026 250 Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti
22.10.2026 213 Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü
Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində
22.10.2026 224 Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?
Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo
22.10.2026 231