Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - FOTO
Ağdam rayonunda idarə rəisi minaya düşüb.
Trend-in məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.
BiG.Az


Xəbərlər Baxılıb: 1128 Tarix: 03 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş