Araikin azərbaycanlı sinif yoldaşının müsahibəsi: "Mənə "Tork! Tork" deyirdi, həm də aşağılayaraq"

Araikin azərbaycanlı sinif yoldaşının müsahibəsi: "Mənə "Tork! Tork" deyirdi, həm də aşağılayaraq"Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunuyanın sinif yoldaşı olan xanım müsahibə verib. Xanım adının və fotosunun yayımlanmasını istəməyib.

BiG.AZ kulis.az-a istinadən sözügedən müsahibəni təqdim edir:

- Arik Arutyunuyanla sinif yoldaşı olduğunuz haqqında məlumat əldə etdik. Bu, doğrudurmu?

- Bəli. Doğrudur. Mən Xankəndidə fəaliyyət göstərən 10 nömrəli rus məktəbində Araiklə bir neçə sinfi bir yerdə oxumuşam.

- Siz oralısınız?

- Yox. Atam institutda müəllim işləyirdi, ona görə bir müddət orada yaşadıq.

- Bu hansı illər idi?

- 1980-ci ildə birinci sinfə getmişəm. Araiklə 3-4-cü sinifləri bir yerdə oxumuşuq. Demək, söhbət 1983-1984-cü illərdən gedir.

- Mənə göndərdiyiniz foto da, təbii ki, o illərə aiddir.

- Bəli. Birinci fotoda Araikin başının üstünə işarə qoymuşam. İkincidə onu tanıya bilmirəm. Həm şəkil bir az qaranlıqdır, həm də uzun illər keçib. Amma mütləq ordadır. Araik boz bir uşaq idi. Xüsusi seçilən heç nəyi yox idi. Nə oxumağı, nə xarici görünüşü...

- İkinci fotodakı qadınlar kimdir?

- Qara geyimli sinif rəhbərimiz Areqa Levonovnadır. O birisinin adı, deyəsən, Venera idi. Soyadını unutmuşam.

- Başqa nələri xatırlayırsınız...

- Ermənilər o vaxtdan şovinist idilər. Bu xasiyyətləri uşaqlarına da sirayət eləmişdi. Eləcə də Araikə. Hətta bunun üstündə Araiki bir dəfə möhkəm çırpmışam (gülür).

- Necə?

- Mənə "Tork! Tork" deyirdi bütün günü. Həm də aşağılayaraq, incidərək söyləyirdi. İt qurusu bir oğlan idi. Cılız. Əfəl. Mən də yekəpər, davakar qız idim. Bir gün kitabla düşdüm bunun üstünə. Harasına gəldi ilişdirdim. Bir də baxdım, ağzının-burnunun qanı bir yerə qarışıb. Ağladı. Qaçdı evə. Anası onu götürüb müəllimlər otağına gəldi. Mənim atam da gəldi. Bizi də çağırdılar. Araikin anası məktəb direktoru ilə dirəşmişdi ki, məni məktəbdən qovsun. Atam da elə-belə adam deyildi. Dalaşmağımızın səbəbini öyrənən kimi bunlara necə cavab verdisə, dillərini qarınlarına soxdular.

- Sizi də danışdırdılar?

- Danışdırdılar, sonra koridora çıxartdılar. Dedilər, nə danışdığınızı xatırlayırsız? Niyə vurdun Araiki? Dedim, mənə "Tork" dedi. Dedilər, Araik, ona elə demisən? Dedi, ha, asalım... (gülür)

- Nə deməkdir?

- Ermənicə, hə, demişəm, deməkdir. Tapşırdılar ki, bir də elə demə. Amma bundan sonra da dinc durmurdum. Sinifdə iki azərbaycanlı idik, qalanı erməni idi. Görünür, bizə kin-küdurətlərini uşaq hissiyyatımla hiss eləmişdim. Ona görə, gündə biri ilə dalaşırdım. Atam vəziyyəti belə görəndə məni 4 nömrəli Azərbaycan məktəbinə dəyişdi.

- Bununla da erməni uşaqlarla, o cümlədən Araiklə əlaqəniz kəsildi.

- Kəsildi. Amma... (Duruxur)

- Amma nə?

- Sizə bir sirr açmaq istəyirəm.

- Buyurun.

- Mən sosial şəbəkələrdə lap erkən dövrlərdən aktiv olmuşam. Hələ söhbət "odnaklassik"in populyar vaxtlarından gedir. Orda maraq üçün məktəbimizi və sinif yoldaşlarımızı axtarışa verdim, hamısı orda idi. Mən onları izlədiyimi bildirmirdim. Onlar orta məktəb illərindən yazır, məni də xatırlayırdılar. Allahüçünə, pis heç nə yazmırdılar. Bir gün mənim də olduğum fotonu paylaşdılar. Mən də bu fotonu öz səhifəmdə paylaşdım. Onda bildilər ki, izləyirəm bunları. Səhər durdum, gördüm, hamısı dostluq atıb. Yaxın bir adamımla məsləhətləşdim. Dedi, problem deyil, dostluqlarını qəbul elə, amma ünsiyyətə girmə, heç bir reaksiya vermə, sadəcə izlə gör nə edirlər. Biri Fransada, biri Kanadada, biri Rusiyada, mənə sevgi dolu sözlər yazır, olduqları yerə qonaq dəvət edirlər. Bəziləri Ermənistana getmiş, bəziləri Xankəndidə qalmışdı.

- Araik də orda idi?

- Orda idi. Hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı, harda yaşadığımı, nə iş gördüyümü soruşdu. Cavab vermədim. Sonra mənə yazdı ki, hər şey bizim üçün yaxşı olacaq, sizin üçün bilmirəm. Elə buna görə hamısını bloka atdım.

- Nəyi nəzərdə tuturmuş, səncə?

- Yəqin orda qondarma rəhbər olacağını...

- Onda hələ olmamışdı?

- Yox.

- İndi elə bir ünsiyyət imkanınız olsa, nə deyərdiniz?

- Onların beyni zəhərlənib. Nəsə deməyin xeyri yoxdur. Adam anormaldırsa, ona nə deyəsən?

- Hər halda, qələbədən sonra deyəcək bir sözün olardı...

- Olmaz olurmu? (Gülür) Eynən bu cür deyərdim: "Nə oldu, Araik?" Mənim sənə elədiklərimi indi ordumuz sizin cinayətkarlara qarşı elədi, gördünmü? Qanınız tökülməyincə ağlınız başınıza gəlmir.

Araikin azərbaycanlı sinif yoldaşının müsahibəsi: "Mənə "Tork! Tork" deyirdi, həm də aşağılayaraq"Araikin azərbaycanlı sinif yoldaşının müsahibəsi: "Mənə "Tork! Tork" deyirdi, həm də aşağılayaraq"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1528   Tarix: 05 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Aprelin 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağ

12:57 121
.

Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var

Bu gün saat 18 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub. BİG.AZ xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilə

09.04.2025 1192
.

Dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb

Dünya siyasətinin təhlili və araşdırmaları ilə məşğul olan beyin mərkəzləri cəmiyyətlərə innovativ ideyalar təqdim edir, informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda fəaliyyət göstərirlər. Əsasən siyasətçilərin elmi araşdırma ilə məşğul olduğ

09.04.2025 268
.

Tatlısəsdən Qızına Səmimi Doğum Günü Mesajı

İbrahim Tatlısəs və Ayşegül Yıldızın qızı Elif Adanın 11 yaşı tamam olub. Türk mediasına istinadən xəbər verir ki, Tatlısəs qızının doğum gününü "Ad günün mübarək, qızıl balacam!" sözləri ilə qeyd edib. Böyüdükcə Elif Adanın atasına bənzəməsi isə diqqətdən qaçmayıb. [hh4-unikal]

09.04.2025 391
.

Bill Qeyts 100 milyardlıq sərvətindən övladlarına nə qədər miras qoyacaq?

Dünyanın ən zəngin iş adamlarından biri olan Bill Qeytsin üç övladı ölümündən sonra sərvətinin 1%-dən azını miras alacaq. OLAY yazır ki, bu məlumatı "Microsoft"un qurucusu hindistanlı bloger Raca Şamaninin "YouTube" podkastında qonaq olarkən bird aha təsdiqləyib. Aparıcı söhbət zaman

09.04.2025 1776
.

III Çarlz və Kamilla sevgilərinin 20-ci iliniqeyd edir

Böyük Britaniya kralı II Çarlz və kraliça Kamilla aprelin 9-da 20 illik evlilik ildönümlərini qeyd edirlər. xarici mediaya istinadla xəbər verir ki, bu əlamətdar günü qeyd etmək üçün cütlük İtaliyaya dövlət səfərinə yola düşüb və Romada yerləşən Villa Volkonskidə yeni fotoşəkillər çəkdiriblər. Şəkillərd

09.04.2025 311
.

"Ermənistanın Sülh Təsəvvürü: Təxribatlar və Beynəlxalq İctimaiyyətin Aldadılması"

Bir yandan Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığı bildirilir, dünyanın müxtəlif ölkə və təşkilatlarının rəhbərlərindən bununla bağlı təbriklər eşidilir, pozitiv fikirlər ifadə olunur, digər tərəfdən isə Ermənistanın silahlı qüvvələri şərt

09.04.2025 306
.

Azərbaycanda jurnalistə vəzifə verildi

Jurnalist Anar Həsənova yeni vəzifə verilib. xəbər verir ki, o, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi təyin olunub. Qeyd edək ki, Anar Həsənov bir sıra telekanallarda (AzTV, ANS, "Lider" T

11:44 160
.

Mehmet Ali Erbil yenidən ata olmaq istəyir

Özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla çalxantılı eşq yaşayan Mehmet Ali Erbil yenidən ata olmaq istəyir. türk mediasına istinadən xəbər verir ki, üç övladı olan Ərbil daha bir uşaq istədiyini bildirib. Məşhur şoumenin bu açıqlaması sosial şəbəkələrdə geniş əks-səda doğurub. Sənətçinin yenidə

09.04.2025 379
.

TOP MP3