Cəbhədə döyüşən müğənni Vüqar Muradov BİG.AZ-a HƏQİQƏTLƏRİ DANIŞDI- MÜSAHİBƏ

Cəbhədə döyüşən müğənni Vüqar Muradov BİG.AZ-a HƏQİQƏTLƏRİ DANIŞDI- MÜSAHİBƏTanınmış azərbaycanlı müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi Vüqar Muradov könüllü olaraq Vətən uğrunda döyüşlərə qatılaraq, ön cəbhədə əsgərlərimizə əlindən gəldiyi qədər yardım edib.Özünün də dediyi kimi, o cəbhənin ən qaynar nöqtələrinə oxumaq üçün yox, vuruşmaq üçün getdi.
Bu barədə BiG.AZ-a eksklüziv açıqlama verən müğənni ilə müsahibəni olduğu kimi təqdim edirik:

Cəbhə bölgəsində oldunuz, müharibənin ən qaynar nöqtələrində əgərlərimizə kömək etdiniz və döyüşdünüz.Özünüzü necə hiss edirsiz?

-Mən hər dəqiqəsi təhlükəli olan bir yerdə avtomobil xidmətində idim. Təminatların ön cəbhəyə çatdırılmasında iştirak etdim.
Heç nədən qorxmadan, çəkinmədən Vətənimə xidmət edirdim.Yanımıza düşən "minomyot"lar, qumbaralar və digər partlayıcı vasitələr belə bizi qorxutmurdu.

Vətən müharibəsində ön cəbhədə vuruşmusuz.Yəqin ki, təhlükəli məqamla rastlaşmısız.Ölümlə üz-üzə qalanda nə düşündünüz ?

-Ölümdən heç vaxt qorxmamışam.İlk növbədə ailəli olmadığım üçün. Əgər ailəli olsaydım, ailəmə, uşağıma görə bəlkə də qorxardım.Bir şeyi deyim ki, gələcəkdə övladım məndən soruşanda ki, "ata sən Vətən müharibəsində iştirak etdinmi?" Ona deyə bilmərəm ki, "yaşım düşmürdü".
Deyəcək ki, "ata bəs yaşın düşmürdüsə, vicdanın necə sakit oldu?".Elə içimdəki vicdan və Vətən eşqi susmadığı üçün, yaşım uyğun olmasa da getdim.

Maraqlıdır, doğrudan da yaşınız düşmürdü.Bəs necə oldu ki, siz bu müharibədə iştirak etdiniz?

-38 yaşım var və məni bu səbədən cəbhəyə buraxmırdılar. Postlarda dedilər ki, "sənin yaşın 38-dir, ikincisi sən şou adamısan, yəqin şou göstərməyə gedirsən".Dedim ki, " mənb şou adamı olsam da, cəbhəyə vuruşmağa gedirəm". Dedilər "mümükün deyil, biz səni buraxmayacağıq". Məni heç buraxmadılar. Mən də məcbur qalıb 7-8 kilometr bir gün gecə ilə piyada getdim.Gecə dağ tərəflərlə, təpələrlə gedib Horadizə çatdım və orda da komandirlər var idi.Dedim "gəlmişəm nə köməklik lazımdırsa, edirəm.
Uşaqların saçını, saqqalını qırxım, yemək bişirim, yük daşıyım, maşın sürüm.Nə lazımdırsa edəcəm".Və beləliklə yuxarı qalxdıqca sağ olsunlar şərait yaratdılar ön cəbhəyədək getdim.Şükür ki, edəcəyimi etdim, əsgərimizin yanında oldum. Arzum idi Xocalıdakı ana-bacılarımızın qisasını almaq.İnidi əsas odur mənim vicdanım rahatdır.
Bir də bir faktı qeyd edim ki, bu gün sosial şəbəkələrdə bəzi düzgün olmayan məlumatlar yayılır.Mən orada iştirak edən biri kimi deyə bilərəm ki, Vətən müharibəsində azərbaycanlılardan başqa əgər hansısa bir millətin nümayəndəsi bu döyüşübsə, mən şərəfsizəm, namussuzam, qeyrətsizəm. Nə bir pakistanlı nə bir digər xalqın nümayəndəsi Qarabağda döyüşməyib.Düzdür qardaşımız olan Türkiyəmiz özünün hərbi texnikası ilə ordumuza kömək etdi.Amma vuruşan azərbaycanlılar idi.

Qarabağ işğal olunanda sizin 10 yaşınız var idi və siz Qarabağı demək olar ki, görməmisiniz. Amma vətəndaşlıq borcunuzu yerinə yetirdiniz. Ümumiyyətlə maraqlıdır erməni ilə üz-üzə gələndə ilk olaraq nə etdiniz?

-Deyə bilərəm ki, erməniyə elə od qoymuşuq ki, o çətin bundan sonra özünə gəlsin. Məni qoyun bir kənara,1998-2000-ci ildə doğulanlar, Qarabağı görməyənlərin içində o qisas hissi ki, var idi və alındı,mən baş əyirəm millətimin belə qeyrətli oğulları qarşısında.

Mövzudan kənara çıxaq.Sizin xanım fanatlarınız yetərincədir. Amma indi Vətən müharibəsində iştirak edən bir azərbaycanlı olaraq, daha da çox olacaq. Ümumiyyətlə 38 yaşınız var və hələ də subaysınız, nə vaxt evlənmək haqqında fikirləşəcəksiniz?

-Nə vaxt ruh əkizim qarşıma çıxsa, o zaman da evlənəcəm.Hələ ki, belə bir insan yoxdur.

Bəs yaxşı həmin xanım hansı keyfiyyətlərə malik olmalıdır?

-Vicdanı olmalıdır hər şeydən əvvəl.Mən bir az əsəbi insanam. Elə ona görə də , sözü uzadan insanı sevmirəm.Ənyaxşı lal olsun, ürəyi partlasın və danışa bilməsin, əli ilə başa salsın məni.Ümumiyyətlə lal xanımla evlənəcəm. Lal xanım axtarıram və tapacam da.

Vüqar bəy müsahibə üçün təşəkkür edirəm.

-Mən sizə təşəkkür edirəm Aytən xanım.Çox sağ olun.

Cəbhədə döyüşən müğənni Vüqar Muradov BİG.AZ-a HƏQİQƏTLƏRİ DANIŞDI- MÜSAHİBƏCəbhədə döyüşən müğənni Vüqar Muradov BİG.AZ-a HƏQİQƏTLƏRİ DANIŞDI- MÜSAHİBƏCəbhədə döyüşən müğənni Vüqar Muradov BİG.AZ-a HƏQİQƏTLƏRİ DANIŞDI- MÜSAHİBƏAYTƏN SAKİTQIZI


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4164   Tarix: 15 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

NYT: Aktyor Ceremi Harris Yaponiyada saxlanılıb

Yaponiya polisi noyabr ayında amerikalı dramaturq və "Emili Parisdə" serialının (2020 - indiki) aktyoru Ceremi Harrisi ölkəyə narkotik keçirməyə cəhddə şübhəli bilərək saxlayıb. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) Yaponiya hüquq-mühafizə orqanların

07.12.2025 248
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızından ŞOK paylaşım - FOTO

26 sentyabr saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda, 6 mərtəbəli binanın ən üst qatındakı mənzilindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümü hələ də tam aydınlaşdırılmayıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülterin sosial mediad

07.12.2025 805
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13.12.2025 248
.

Könül Kərimovanın yeni görüntüsü təəccübləndirdi - FOTOLAR

Könül Kərimova sosial şəbəkədə yeni fotosunu izləyicilərinin ixtiyarına verib. "Yeni Sabah" xəbər verir ki, müğənninin xeyli arıqlaması hamının diqqətini özünə çəkib. Əməkdar artist görüntüsünün altına "Bu gözəl çəkiyə görə…" sözlərini yazaraq, onu arıqlama prosesində müşayiət edə

08.12.2025 895
.

""Narkozsuz" üz gərmə əməliyyatı etdirdim, gözüm açıq idi"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Öz aramızda" verilişində şəxsi həyatı və keçirdiyi estetik əməliyyatla bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, müğənni bir müddət öncə üzərində etdirdiyi əməliyyatın detalları ilə tamaşaçıların diqqətini çəkib. Sənətçi üz gərmə əməliyyatını ta

13.12.2025 211
.

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. BİG.AZ xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər

15:29 1
.

Evində ölü tapılan məşhur "Dostlar" serialının ulduzu Metyu Perriyə qanunsuz olaraq ketamin satan həkim həbs edildi

ABŞ-nin məşhur "Dostlar" serialının ulduzu Metyu Perriyə qanunsuz olaraq ketamin verən doktor Salvador Plasensiya 30 aylıq həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri məlumat verib. Qəzet qeyd edir ki, iyun ayında təqsirləndirilən şəx

07.12.2025 419
.

"Artıq hər şeyin gözəl olmasına çalışmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını

13.12.2025 203
.

Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il

00:08 554
.

TOP MP3