Aspirin indiki dövrdə çox risklidir - Professorun rəyi

Aspirin indiki dövrdə çox risklidir - Professorun rəyiPandemiya dövründə çoxları virusdan, onun ağırlaşmalarından qorunmaq, qanda tromb yaranmasının qarşısını almaq, qanı durultmaq məqsədi ilə aspirin qəbul edir. Amma mütəxəssislər bunun bir çox risklərinin olacağına dair xəbərdarlıq edirlər.

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, Türkiyənin Hacettepe Universitetinin Uşaq infeksion xəstəlikləri kafedrasının rəhbəri, professor Mehmet Ceyhan koronavirus (Covid-19) diaqnozu qoyulmayan şəxslərin qan durulducu olaraq aspirin içməsinin ölümə səbəb olacağına dair xəbərdarlıq edib. Mehmet Ceyhan deyib ki, koronavirusla aspirin istifadəsi riski arasında bağlılıq olmasına dair konkret dəlil olmasa belə, bu, fərqli bir haldır. Onun sözlərinə görə, uzum müddətli aspirin qəbul edən şəxslər qrip keçirdiyi halda Reye sindromu (Reyn sindromu) deyilən bir xəstəliyin riskinin artığı şoxdan məlumdur. Təəssüf ki, bu, müəyyən bir mərhələdən sonra yüz faiz ölümə səbəb olan, heç bir müalicəsi olmayan bir xəstəlikdir. Həkim qeyd edib ki, əvvəllər bu halın ancaq uşaqlarda olduğu güman edilirdi, amma son illərdə məlum oldu ki, yetkinlərdə də bu hallar olur: "Uzunmüddətli aspirin qəbul edən müəyyən xəstə qrupları var ki, onlara mütləq qrip peyvəndi etmələrini tövsiyə edirik".

Qrip əsnasında qəbul edilən aspirinin xəstəliyin riskini artırdığını bildirən həkim deyib ki, qrip geçirən biri aspirin qəbul edirsə bu xəstəliyin riski 35 dəfə artır, qaraciyər çatışmazlığı, beyində şişməyə səbəb olan çox ağır bir mənzərə ortaya çıxır.

Professor qeyd edib ki, Covid-19 diaqnozu qoyulubsa, həmin şəxsin aspirin qəbul etməsində çox da mühüm bir problem yoxdur. Amma virusdan qoruyucu olaraq insanlara aspirin vermək və ya temperatur olan kimi, test etdirmədən COVİD-ə yoluxub deyə aspirin qəbul etməsi düzgün deyil. Çünki hazırda qrip mövsümü başlayıb, belə şəxslər qrip də ola bilər deyə risklər yaranar. Onun sözlərinə görə, qoruyucu olaraq və ya hərarət olan kimi aspirin qəbul etmək qeyd olunan ağır xəstəliyin riskini artırır. Odur ki, test olunub, koronavirus diaqnozu qoyulmayan şəxslərin qan durulducu olaraq aspirin qəbul etməsi indiki dövrdə problemlidir.

Professor onu da deyib ki, koronavirus diaqnozu qoyulan uşaqlara qan durulducu olaraq aspirin yox, başqa dərmanlar təyin edirlər: "Mənim ətrafımda olanlar isə sanki koronavirusdan qoruyurmuş kimi aspirin qəbul edirlər. Bu, çox risklidir".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 800   Tarix: 15 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox addam ciddiyə almır - Ağır xəstəliklərin əlaməti ola bilər

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şampun seçimindəki səhvlərlə bağlı deyil. xəbər verir ki, bu problem bəzən orqanizmdə daha ciddi proseslərdən xəbər verə bilər. Bunu açıqlamasında rusiyalı dermatoveneroloq, dosent Marina Gureyeva deyib. Onun sözlərinə görə kəpəyin ən geni

30.11.2025 535
.

Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq

06.12.2025 303
.

Yetkin yaşda olan insanlar hansı balıqdan imtina etməlidir

Mütəxəssislər həmçinin 60+ yaşlılar üçün ən dəyərli balıq növlərini də adlandırıblar. xəbər verir ki, 60 yaşdan sonra maddələr mübadiləsi artıq daha ləng işləyir, həzm sistemi ağır yeməklərə daha həssas reaksiya verir, yağın artıqlığı isə ürək və damarlar üçün əlavə yük yarada bilər. Ona görə də mütəxəssislə

07.12.2025 251
.

Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var

Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. BİG.AZ xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistem

08.12.2025 499
.

2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq

Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari

30.11.2025 408
.

Qocalmanı sürətləndirən üç gündəlik vərdiş

Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura

30.11.2025 449
.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

03.12.2025 588
.

Yeniyetməlik 32 yaşında bitir, 66 yaşında qocalmağa başlayırıq - Yeni araşdırma

Ümumi təsəvvürə görə, yeniyetməlik dövrü 20 yaşların əvvəlində sona yetir. Lakin Kembric Universitetinin alimlərinə görə, məsələ bundan ibarət deyil. Qaynarinfo xəbər verir ki, yeni bir araşdırma insan beyninin beş əsas mərhələdən ibarət olduğunu ortaya qoyur. Bu mərhələlərə əsasən isə yeniyetməlik

28.11.2025 498
.

Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır

Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır. xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsa

07.12.2025 431
.

TOP MP3