Alimlər koronavirusun ürəyə necə təsir etdiyinin izahını verdi

Alimlər koronavirusun ürəyə necə təsir etdiyinin izahını verdiCOVID-19 xəstəliyinin yalnız ağ ciyərlərdə deyil, ürək əzələlərində də yara izləri ola bilər. Üstəlik, bu ağırlaşmalar xəstəliyin nə qədər şiddətli olmasından asılı deyil. Hətta altı aydan sonra da həkimlər simptomları olmayan xəstələrdə ürək iltihabı qeydə alıb.

COVID-19-dan sonra ehtimal olunan ürək fəsadlarından ilk danışanlar çinli mütəxəssislər oldu. Mart ayında təsdiqlənmiş 416 xəstəni müayinə edən həkimlər xəstələrin təxminən 20 faizində ürək əzələsinin ciddi problemləri olduğunu açıqlayıb. Bundan əlavə Vuhan xəstəxanalarından birinin reanimasiya şöbəsində xəstələrin 44 faizində aritmiya diaqnozu qoyulduğu bildirilib.

Həkimlər ürəyin işindəki narahatlıqların sitokin fırtınasının nəticəsi olduğunu, bədənin iltihab ocağındakı toxumaları məhv edən potensial təhlükəli reaksiyası olduğunu irəli sürür. Xüsusilə miyokardit və aritmiyanın artması bununla izah olunur.

İyul ayında isə zərərin uzunmüddətli ola biləcəyi iddia edildi. Almaniya və İtaliyadan olan mütəxəssislərin sözlərinə görə, sağaldıqdan iki ay yarım sonra xəstələrin 78 faizində ürək anomaliyası, 60 faizində miyokard iltihabının əlamətlərinə rast gəlinib. Üstəlik zərərin dərəcəsi xəstəliyin hansı səviyyədə olmasından asılı deyil. Simptomları olmayan kovid xəstələri də ciddi fəsadlarla qarşılaşıb.

Virusun yalnız ürək əzələsində iltihaba səbəb olmadığı, həm də hüceyrələri zədələdiyi ortaya çıxıb. Alman alimləri apardıqları bir araşdırmada COVID-19-dan ölənlərin 60 faizindən çoxunun ürək toxumalarında SARS-CoV-2 izlərinə rast gəldiyini elan edib. Xəstəlikdən vəfat edən 16 nəfərin ürək əzələsində klinik dərəcədə əhəmiyyətli dərəcədə virus yükü aşkarlanıb.

Sentyabrın əvvəlində isə San-Fransiskoda (ABŞ) Qladstone İnstitutunun alimləri SARS-CoV-2 virusuna yoluxmuş ürək toxumasının şəkillərini yayımlamışdı. İnfeksiyaya yoluxduqdan 24, 48 və 72 saat sonra qeydə alınan elektron mikroskop görüntüləri qorxunc faktları ortaya çıxarıb. Ürək əzələ lifləri - sarkomerləri cərrahi əməliyyatda olduğu kimi, sanki neştərlə kəsilib. Və hüceyrələrinin nüvələrində DNT-nin yerinə qara dəliklər yaranıb. Gördüklərini "qırğın" adlandıran araşdırma müəllifləri bildirib ki, bu, qazanılmış və ya irsi ürək xəstəliklərindən tamamilə fərqlidir. Sarkomerlərin nə qədər tez sağaldığı hələ dəqiq deyil. Ancaq elm adamlarına görə, qısa müddətli ziyan belə miyokardit və ya infarkt riskini artırır.

Skripps Tərcümə Araşdırmaları İnstitutunun (ABŞ) direktoru, məşhur kardioloq Erik Topol tədqiqatçıların oktyabr ayındakı məlumatlarını sistemləşdirib. "Science" jurnalında yayımlanan bu məqalədə qeyd olunub ki, COVID-19 keçirmiş insanların demək olar ki, yarısında ciddi ürək problemləri müşahidə olunur. Əksər hallarda xəstələr miyokardit, aritmiya, kəskin və xroniki ürək çatışmazlığı, həmçinin kardiyomiyositlərin məhdud nekrozundan (ürəyin əzələ hüceyrələri) əziyyət çəkir.

Üstəlik infeksiyanı asimptomatik keçirənlərdə ciddi fəsadların meydana gəldiyini təsdiqləyib. Virusa yoluxanların 30-40 faizində xəstəliyin heç bir təzahürü olmadığını nəzərə alaraq həkim COVID-19 ilə əlaqəli ürək patologiyalarının atracağına inanır.

Rusiya Milli Terapiya və Profilaktika Tibbi Tədqiqat Mərkəzinin professoru, Milli Sağlamlıq Liqasının mütəxəssisi, kardioloq Mehman Məmmədovun sözlərinə görə, bütün dünyada yaxın aylarda ürək-damar xəstəliklərinin sayı artacaq. Ancaq söhbət yalnız COVID-19-un fəsadlarından getmir.

"Gözlənilən artım həm mövcud ürək problemləri, həm də təxirə salınmış koronavirusun nəticələri ilə əlaqədardır. Ancaq COVID-19-dan yaranan ürək xəstəliklərinin kəskin şəkildə artacağını gözləməyə dəyməz. Çünki hələlik inandırıcı bir statistika yoxdur", - professor RİA Novosti ilə söhbətində bildirib.

Bundan əlavə, professor komplikasiyaların yalnız infeksiyanın şiddətindən deyil, yaş və irs amillərdən də asılı olduğu vurğulayıb. Ancaq COVID-19 ilə ürək problemləri arasında bir əlaqə olduğu şübhəsizdir və heçə endirilə bilməz.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1222   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261