Azərbaycan paralimpiya çempionlarından dünya ictimaiyyətinə MÜRACİƏT

Azərbaycan paralimpiya çempionlarından dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanın paralimpiya çempionları son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Big.az "Report"a istinadən xəbər verir ki, müraciətdə beynəlxalq ictimaiyyət Ermənistanın növbəti təxribatlarına susmamağa çağırılıb.

"Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı yenidən hücuma başlayıb. Yeni ərazilərimizi işğal etmək məqsədilə təmas xətti boyunca, əsasən mülki əhalinin yaşadığı ərazilərə artilleriya atəşləri açıb. Sentyabrın 27-dən bəri işğalçı Ermənistan ordusunun açdığı atəşlər nəticəsində, 2-si azyaşlı olmaqla 16 nəfər dinc sakin həyatını itirib, 55 nəfər ağır yaralanıb. Dinc əhalinin əmlaklarına külli miqdarda ziyan dəyib.

Azərbaycan ordusu işğalçı qüvvələrin növbəti həmləsini dəf edərək əks-hücum əməliyyatına başlayıb. İşğalçı qüvvələr bütün cəbhə boyu geri çəkilməyə məcbur edilib. Məğlubiyyətə uğrayan işğalçı Ermənistan ordusu çarəni dinc əhaliyə atəş açmaqda görür. Bununla işğalçı ordu əks-hücuma keçən Azərbaycan ordusunun diqqətini yayındırmaq və işğalı daha da uzun müddətə davam etdirmək istəyir.

Ermənistan silahlı qüvvələri artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğalda saxlayır. Bu işğal nəticəsində Azərbaycanın 1 milyona yaxın vətəndaşı yaşadıqları ərazilərdən qovulub. Onlar 30 ilə yaxındır ki, məcburi köçkündürlər.

Biz, paralimpiya çempionları, dünya ictimaiyyətini Ermənistanın növbəti təxribatlarına susmamağa çağırırıq. Azərbaycan ordusu işğalda olan ərazilərini geri qaytarmaq və evlərindən didərgin düşmüş insanları öz ata yurdlarına qovuşdurmaq üçün mübarizə aparır. Azərbaycan ordusu dinc sakinlərin yaşamaq hüququ uğrunda mübarizə aparır.

Azərbaycanın paralimpiya çempionları olaraq biz dünya ictimaiyyətini Ermənistanın işğalçı siyasətinə qarşı dözümlü yanaşmamağa çağırırıq. Azərbaycanın haqq işini dəstəkləməyə tələb edirik. Bizim ordumuz başqa bir ölkənin ərazilərini işğal etməyib. Bizim işimiz haqq işidir", - deyə bildirilib.

Müraciəti İlham Zəkiyev, Oleq Panyutin, Oloxan Musayev, Afaq Sultanova, Natali Pronina, Ramin İbrahimov və Ramil Qasımov imzalayıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1303   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şokolad və şirniyyatların tərkibində etil spirti: istehlakçıları düşündürən detal - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlər satışda olan bir çox şokolad və paketlənmiş şirniyyat məhsullarının üzərində tərkib hissələri siyahısında "etil spirti" qeydinin yer alması istehlakçıların diqqətini çəkir. Gündəlik istifadə olunan şirniyyatlarda belə bir maddənin göstərilməsi alıcılar arasında suallar yaradır

11:48 202
.

"Bolt"da rüşvətxorluq iddiaları - Rəhbər şəxslər işdən çıxarıldı

Azərbaycanda "Bolt" platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər. "Qafqazinfo"

12:51 210
.

Varlanmaq ritualı - Uğurlu insanlar bu əşyanı yastıqlarının altına qoyurlar

Bəzi inanclara görə, elə dövrlər olur ki, insan işləsə də, qazanc əldə edə bilmir, pul sanki əldən süzülür. Qədim inanclarda bu hal boş tale kimi yozulur və onu bolluq enerjisi ilə doldurmaq üçün müxtəlif rituallar icra edilirdi. Çay qaşığı da xalq inanclarında bolluq rəmzi sayılırdı. Boş qaşıq aclıq

23.02.2026 431
.

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova -la təəssüratını bölüşüb. Nilufər Şükürova bildiri

14:50 160
.

Məşhur müğənni kommunal ödənişləri etmir

Rusiyalı müğənni Filipp Kirkorovun Moskvada yarım milyondollardan çox kommunal borcunun olduğu açıqlanıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Shot xəbər agentliyi özünün Telegram kanalında yayıb. Məlumata görə, müğənni ötən ildən etibarən şəhər mərkəzində yerləşən lüks mənzilləri

12:44 203
.

Xameneinin ölümü şiə icmalarını birləşdirə bilər

ABŞ-ın İrana hərbi müdaxilə ehtimalları və Xameneinin öldürülmə planlarının müzakirə olunduğu bir vaxtda İraqın nüfuzlu şiə dini lideri Ali əl-Sistani ABŞ hücumu halında cihad elan ediləcəyinə dair fətva verib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Sistani Nəcə

15:41 59
.

"Vətəndaşlar azad olunmuş ərazilərdəki evlərini özləri tiksin" - Yenilənib

Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdəki evlərini özlərinin tikməsi ilə bağlı təklif irəli sürülüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb. Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərd

13:43 177
.

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

"Bu hadisə başıma gələndən sonra bildim ki, incəsənət sahəsində mənim dostum yoxdur. Onsuz da barmaqla sayılacaq qədər var idi, indi demək olar ki, o da yoxdur. Çox adamlar üçün danışmışam, çox adamlara görə üz-göz olmuşam. Amma bir adam çıxıb məni müdafiə etmədi, tərəfimdə dayanmadı. Düzdür, bir-ik

23.02.2026 678
.

"Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?"

"Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq

23.02.2026 614
.

TOP MP3