Maaşlarla bağlı ŞAD XƏBƏR - Artım olacaq

Maaşlarla bağlı ŞAD XƏBƏR - Artım olacaqPrezident İlham Əliyev tərəfindən təsdiq edilən "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" yeni qanun ölkədə əmək münasibətləri və sosial müdafiə sahəsində mühüm yenilik kimi təqdim olunur. Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə Nazirlər Kabinetinin təklifləri əsasında ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Eyni zamanda bu dəyişikliklərin icrası ilə bağlı müvafiq fərman imzalanıb və əvvəlki normativ aktlara uyğunlaşdırma aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilir ki, son illər həyata keçirilən sosial islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə artırılıb və yeni dəyişikliklər bu artımın davamlı olmasını təmin edəcək.

Rəsmi mövqeyə görə, məqsəd işçilərin minimum yaşayış səviyyəsini qorumaq, onların gəlirlərini inflyasiya və bahalaşma fonunda sabit saxlamaqdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu dəyişiklik prinsip etibarilə müsbət addım kimi qiymətləndirilə bilər, lakin onun real təsiri yalnız düzgün mexanizmlər tətbiq edildikdə hiss olunacaq.

Onun sözlərinə görə, minimum əməkhaqqına ildə bir dəfə baxılması haqqında normanın qanunvericilikdə təsbit olunması vacibdir, çünki indiyə qədər bu proses daha çox subyektiv qərarlardan asılı idi və sistemli xarakter daşımırdı:

"Minimum əməkhaqqının artırılması yalnız siyasi qərar kimi deyil, iqtisadi reallıqlara uyğun şəkildə aparılmalıdır. Əgər artım inflyasiya səviyyəsini, bazar qiymətlərini və əhalinin real xərclərini nəzərə almırsa, bu, formal xarakter daşıyacaq. Hazırda ölkədə ərzaq, kommunal xidmətlər, nəqliyyat və kirayə xərcləri sürətlə artır. Belə bir şəraitdə minimum əməkhaqqının real alıcılıq qabiliyyəti əksər hallarda zəifləyir. Əsas məsələ maaşın nominal olaraq yox, real olaraq nə qədər artmasıdır".

Onun sözlərinə görə, yeni qanunvericilikdə "ildə bir dəfədən az olmayaraq baxılması" ifadəsi mühüm olsa da, burada konkret mexanizmlər açıq göstərilmir:

"Hansı iqtisadi göstəricilərin əsas götürüləcəyi, inflyasiya indeksinin, yaşayış minimumunun, istehlak səbətinin necə nəzərə alınacağı hələ də tam aydın deyil. Bu isə gələcəkdə qərarların yenə də subyektiv şəkildə qəbul olunması riskini yaradır. Minimum əməkhaqqı yalnız sosial funksiya daşımamalı, eyni zamanda iqtisadi alət kimi işləməlidir.

Əgər minimum maaş real yaşayış minimumundan aşağıdırsa, bu, yoxsulluğun azalmasına deyil, onun dərinləşməsinə səbəb olur.

Bir çox ailələr üçün minimum əməkhaqqı əsas gəlir mənbəyidir və bu məbləğin aşağı olması onların sosial vəziyyətini birbaşa ağırlaşdırır. Maaş artımı ilə paralel olaraq biznes mühitinin dəstəklənməsi də vacibdir. Çünki minimum əməkhaqqının artırılması xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə əlavə maliyyə yükü yaradır. Əgər dövlət bu yükü kompensasiya edəcək mexanizmlər yaratmasa, bəzi işəgötürənlər işçi ixtisarına gedə, yaxud qeyri-rəsmi məşğulluğa üstünlük verə bilərlər. Bu isə kölgə iqtisadiyyatının genişlənməsinə səbəb ola bilər".

Ekspertin fikrincə, hazırkı dəyişikliklərin real nəticə verməsi üçün minimum əməkhaqqının yaşayış minimumu ilə birbaşa əlaqələndirilməsi vacibdir:

"Bir çox ölkələrdə bu iki göstərici arasında ciddi uyğunluq mövcuddur. Azərbaycanda isə yaşayış minimumu ilə minimum əməkhaqqı arasında hələ də ciddi fərq qalır. Bu fərq aradan qaldırılmadıqca, sosial təminatdan danışmaq çətin olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1364   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deputat 13 saat tualetdə qaldı - Qeyri-adi fövqəladə vəziyyət

Belçikada qəribə və eyni zamanda təhlükəli hadisə baş verib. Flamand Parlamentinin deputatı Frederik Erens qanunverici orqanın tualetində təxminən 13 saat bağlı qapı arxasında qalıb. xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı deputat iş gününün sonunda evə getməzdən əvvəl tualetə daxil olub. Laki

21.09.2026 189
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21.09.2026 128
.

"Alim Qasımov Baləli ilə də duet oxusun!" - Baba Vəziroğlu

Şair, tərcüməçi Baba Vəziroğlu Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib. Bu barədə "Yeni Sabah"a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:

21.09.2026 209
.

Uşaqlarda ürək xəstəliklərinin riski 8 yaşdan üzə çıxa bilər

Ürək-damar, böyrək və metabolik xəstəliklər riskinin artdığını göstərən molekulyar əlamətlər uşaqlarda artıq 8 yaşından etibarən ortaya çıxa bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 273 uşağın qanında təxminən 5 min zülalı araşdıraraq altı xarakterik zülal profilini müəyyən ediblər

21.09.2026 163
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21.09.2026 269
.

Suriyada güclü partlayışlar olub

Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib. Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışla

21.09.2026 118
.

"Kurtlar Vadisi"nin "Ömer Baba"sından şok etiraf: "Şaşmaz qardaşları dürüst adamlar deyil"

Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib. yerli mediaya istinadla xəbər verir ki, Emin Olcay müsahibəsind

21.09.2026 245
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21.09.2026 197
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21.09.2026 212
.