Dərsliklər canlı təfəkkür üçün əvəzolunmaz olmalıdır
"Dərsliklərin tamamilə rəqəmsallaşdırılması ideyası ilk baxışda texnoloji tərəqqi və müasirlik kimi təqdim olunsa da, bir pedaqoq kimi bu qərarın ciddi fəsadlar doğuracağına inanıram. Kitab təkcə informasiya daşıyıcısı deyil; o, şagirdin təfəkkürünü formalaşdıran, diqqətini cəmləyən və onunla fiziki təmas qurduğu bir xəzinədir. Planşet və ya kompüter ekranı dərslik əvəzi deyil, yalnız köməkçi vasitə ola bilər. Tam rəqəmsallaşma şagirdi kitabın sehrindən, vərəqlərin qoxusundan və ən əsası, dərin mütaliə vərdişindən uzaqlaşdıran bir addımdır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, bunun digər tərəfi isə şagirdin sağlamlığı və psixoloji vəziyyətidir. Saatlarla ekrana baxan uşağın görmə qabiliyyəti zəifləyir, diqqəti isə müxtəlif bildirişlər və internetin rəngarəngliyi içində dağılır. Onsuz da "texnoloji asılılıqdan" xilas etməyə çalışdığımız uşaqları rəsmi şəkildə tamamilə ekran qarşısına oturtmaq onların həm fiziki, həm də mənəvi inkişafına zərbə vurur:
"Eyni zamanda, bölgələrdə internet təminatı və hər ailənin texnoloji avadanlıqla təmin olunma imkanları nəzərə alınsa, bu qərar şagirdlər arasında qeyri-bərabərlik və sosial uçurumu daha da dərinləşdirə bilər.
Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, dərsliklərin rəqəmsallaşdırılması tam imtina şəklində olmamalıdır. Kağız dərsliklərin elektron resurslarla zənginləşdirilməsi - yəni hibrid model - ən doğru yanaşmadır. Şagirdin çantasında kitabı, stolunun üstündə dəftəri, qəlbində isə oxumaq həvəsi olmalıdır. Texnologiya təhsilə kömək etməli, amma müəllimi və kitabı heç bir halda əvəz etməməlidir. Reallıqdan kənar, tam rəqəmsallaşma təhsili robotlaşdırar və şagirdləri canlı təfəkkürdən məhrum edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 753 Tarix: 24 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDeputat 13 saat tualetdə qaldı - Qeyri-adi fövqəladə vəziyyət
Belçikada qəribə və eyni zamanda təhlükəli hadisə baş verib. Flamand Parlamentinin deputatı Frederik Erens qanunverici orqanın tualetində təxminən 13 saat bağlı qapı arxasında qalıb. xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı deputat iş gününün sonunda evə getməzdən əvvəl tualetə daxil olub. Laki
21.09.2026 189 Bu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21.09.2026 128 "Alim Qasımov Baləli ilə də duet oxusun!" - Baba Vəziroğlu
Şair, tərcüməçi Baba Vəziroğlu Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib. Bu barədə "Yeni Sabah"a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:
21.09.2026 209 Uşaqlarda ürək xəstəliklərinin riski 8 yaşdan üzə çıxa bilər
Ürək-damar, böyrək və metabolik xəstəliklər riskinin artdığını göstərən molekulyar əlamətlər uşaqlarda artıq 8 yaşından etibarən ortaya çıxa bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 273 uşağın qanında təxminən 5 min zülalı araşdıraraq altı xarakterik zülal profilini müəyyən ediblər
21.09.2026 163 Bakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21.09.2026 269 Suriyada güclü partlayışlar olub
Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib. Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışla
21.09.2026 118 "Kurtlar Vadisi"nin "Ömer Baba"sından şok etiraf: "Şaşmaz qardaşları dürüst adamlar deyil"
Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib. yerli mediaya istinadla xəbər verir ki, Emin Olcay müsahibəsind
21.09.2026 245 Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21.09.2026 197 Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21.09.2026 212