Məscidlər açılır? - Hacı Şahin DANIŞDI
Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir.
Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir.
Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid və ibadət ocaqları ilə bağlı qadağanı nisbətən aradan götürə bilər.
BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı BAKU.WS Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənliyə müraciət edib.
İlahiyyatçı bildirib ki, məscidlərin açılması məsələsi müzakirə olunur:
"Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovla Gəncə şəhərindəki İmamzadə dini kompleksində görüş zamanı da məscidlərin açılması məsələsi müzakirə olunmuşdu. Məscidlərin açılması ilə bağlı əsas məsələ qaydalara riayət olunmasıdır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Operativ Qərargah arasında da bu mövzuda mütəmadi müzakirələr gedir.
Əgər icmalar bunu təmin edə bilsələr, məscidlərin açılması mümkündür. Hazırda bu məsələ müzakirə olunur, qaydalara riayət etməklə məscidlərin açılmasından danışılır. İlk imkan olduqda bu məsələ həyata keçirilə bilər.
Məscidlərin açılması qaydlarına gəlincə, onu deyə bilərəm ki, bu barədə konkret söz yoxdur. Amma ümumi karantin rejimində tətbiq olunan qaydalar hər yerə aid edilməlidir və məscidlərdə də məsafənin gözlənilməsinə riayət olunmalıdır. Qapalı yerlərdə maskalardan istifadə edilməlidir. Məscidlərin xidmətçi heyəti ara məsafəsi və maskalardan istifadə işini təmin edə bilər".
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 3732 Tarix: 18 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDin xadimləri dünya ictimaiyyətinə müraciət etdi
Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini
24.07.2020 2475 Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy
10.05.2021 1956 Qədr gecəsində necə dua etmək lazımdır?
Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E
01.05.2021 4146 Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir
09.05.2021 2237 Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ
Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş
23.04.2020 3174 Niyə insanın qulağında acı su var?
İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı
02.05.2021 3283 Quran insanın sağlamlığına necə təsir edir?
Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa
01.01.2020 3882 Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul
02.05.2021 2822 İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu
Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz
16.07.2020 3594