Quran insanın sağlamlığına necə təsir edir?
Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insan mömindir, yoxsa kafirdir. Zalımdır, yoxsa məzlumdur.
Allah Təala buyurur: "Quran - hər bir dərdin şəfasıdır. Zahirin və batinin, cismin və ruhun şəfasıdır".
Şəfa sözü Quranda 3 dəfə işlənmişdir. "Biz, Qur'andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır". ("İsra" 84).
"Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Qur'an etsəydik, mütləq deyərdilər: "Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!".
De: "(Bu kitabın nazil olmasında hədəf dil deyil). Bu kitab - iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar"". ("Fussilət". 44).
"Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir". ("Yunus" 57).
Bu üç ayə Quranın şəfaverici olduğunu bəyan edir və bizi xəbərdarlıq edir ki, əgər şəfa istəyirsənsə, Qurana təvəssül et və ondan şəfa dilə.
İmam Əli (ə) buyurur: "Quran - şəfadır. Bu kitabdan öz xəstəlikləriniz üçün şəfa istəyin. Çətinliklərdə ondan yardım istəyin. Çünki bu kutabda böyük dərdlərin dəvası vardır".
Həzrət Əli (ə) başqa yerdə buyurur: "Həqiqətən, Quran möhkəm İlahi kəndir, aydın və şəfaverən nur, faydalıdır".
İmam Əli (ə) buyurur: "Agah olun! Həqiqətən, Quranda gələcəklərin elmi vardır və onda keçmişdəkilərin elmi vardır. Bu Quran sizin dərdinizin dəvasıdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Quranı tilavət edin! Çünki Quran faydalı şəfaverən və mübarək dərmandır".
Bəli, Allahın bu möhkəm ipindən yapışıb ona təvəssül etsək, bir çox cismi və ruhi xəstəliklərimiz şəfa tapar. Sadəcə bu həqiqətə inanmaq və ona əməl etmək lazımdır.
(Deyerler.org)
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 3882 Tarix: 01 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA
Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin
08.10.2019 3062 Ramazan ayı TƏQVİMİ 2020
Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların
24.04.2020 6767 Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?
Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə
02.02.2020 3775 Heydər məscidində Qurban bayramı namazı qılınıb
Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib
31.07.2020 2512 "Təzəpir" məscidində bayram namazı qılındı
"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd
21.07.2021 1701 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO
Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan
10.05.2021 4070 İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu
Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz
16.07.2020 3594 Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ
Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş
23.04.2020 3174 Qədr gecəsində necə dua etmək lazımdır?
Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E
01.05.2021 4146