Ütü kabusunuz olmasın! - 10 QIZIL QAYDA

Ütü kabusunuz olmasın! - 10 QIZIL QAYDAPaltar ütüləmək demək olar ki, hər kəsin xoşlamadığı bir ev işidir. Ütüləməyə çalışdığımız paltar qırışlı olmağa meyllidirsə probleminiz ikiqat artacaq. İşləyən, ya da işləməyən hər bir insanın ən böyük problemi qırışmış paltarlardır. Ancaq bir neçə fəndlə vaxtınıza qənaət edə və ütüləməyi rahat tamamlaya bilərsiniz.

BiG.AZ Lent.az-a istinadən həmin ipucuları sizə təqdim edir:

1. Hər şeydən əvvəl rahat olmağınız çox vacibdir. Ütü masanızın ölçüsünü öz hündürlüyünüzə görə seçin. Mümkün qədər dik durun, əyilməyin.

2. Ütüləyərkən oval hərəkətlərdən çəkinməlisiniz. Dairəvi hərəkətlər parçanın korlanmasına səbəb olur. Uzununa, irəli-geri formada ütüləsəniz qırışlar daha yaxşı açılacaqdır.

3. Paltarlarınızı etiketlərindəki istilik təlimatlarına uyğun ütüləsəniz, daha yaxşı nəticə əldə edəcəksiniz. Məsələn, sintetik və ipək kimi incə parçalara orta istilik, pambıq və kətan üçün yüksək istilik tələb olunur. Ütüdən əvvəl paltarınızı parça növünə görə ayırsanız və bu şəkildə ütüləməyə başlasanız, işiniz daha asan olacaq. Zəif istiliklə ütülənəcək paltarla başlayın və temperaturu artıraraq orta istilik və yüksək istiliklə ütülənəcək paltarla davam edin.

4. Paltar ütülədiyiniz zaman yanınızda su saxlayın. Səhv etsəniz, qırışmış yerə azca su səpib 1 dəqiqə gözləyin və ütü ilə üstündən keçin, səhvinizi qısa müddətdə düzəldə bilərsiniz.

5. Zərif parçaları ütüləyərkən parçanın üzərinə bir tülbənd və ya dəsmal kimi bir parça qoyun. Bu parça geyiminizi isti ilə birbaşa təmasda olmasına maneə törədir, beləliklə paltarlarınız zədələnməyəcəkdir. Sətin paltarlarınızın parlamamasını istəyirsinizsə, parça ilə ütü arasında tülbent qoya bilərsiniz.

6. Ütülədiyiniz paltarın yenidən qırışmaması və sizi məşğul etməməsi üçün prosesi bitirən kimi asacağın üstünə asın.

7. Köynək kimi ütülənməsi çətin paltarlar üçün müəyyən bir ardıcıllığa əməl edin. Əvvəlcə yaxanı, sonra qol uclarını, qolları, çiyinləri, qabağını ütüləyin. Sonda isə arxa hissəni ütüləyərək prosesi bitirin.

8. Böyük parçaları, xüsusilə pərdələri ütüləmək sizi qorxutmasın. Ütü masasının geniş ucundan istifadə edin və təkrar kirlənməməsi üçün yerə bir parça sərin.

9. Yüngül ləkələnmiş və ya tam olaraq təmizlənməmiş paltarları ütüləməkdən çəkinin. Çünki istinin təsiri ilə paltarınızdakı ləkələr sərt ləkəyə çevrilə bilər və təmizlənməsi çətinləşə bilər.

10. Ütünü geyimin üzərinə basmayın. Qırışların qüsursuz təmizlənməsi üçün güc deyil, istilik və buxar vacibdir. Bu səbəbdən yüksək buxar gücünə sahib ütü istifadə etmək daha məsləhətlidir.

Evinizdə yığılan kiçik "dağlardan" qorxmayın. Sizin üçün təqdimf etdirdiyimiz paltar ütüləmə ipucları sayəsində ütü problemindən qısa müddətdə xilas ola bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1825   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018