Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI

Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI
İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təşkilatları tərəfindən şiddətlə qınanılıb.

Xaricdəki diaspor təşkilatlarımız Ermənistan ordusunun təxribatına çevik reaksiya verərək, onu pisləyib və baş verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışıblar.

Artıq Türkiyə cəmiyyəti və orada fəaliyyət göstərən diaspor təşkilatlarımız Tovuz istiqamətində baş verən təxribat zamanı Azərbaycanı haqlı savaşda dəstəkləyib, şəhidlərimizi rəhmətlə anaraq, yaralılarımıza şəfa diləyiblər.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan - Türkiyə Dostluq, İşbirliyi və Dayanışma təşkilatının rəhbəri Aygün Əttar Ermənistanın təxribatını şiddətlə qınayaraq, baş verənlərlə bağlı beynəlxalq aləmin, xüsusən də ATƏT-in Minsk Qrupunun təcili reaksiya verməsini tələb edib.

Azərbaycan-Türk Gənclər Təşkilatı da baş verən olayla bağlı qəbul etdiyi bəyanatda Azərbaycan tərəfinin üç şəhid verdiyini və beş yaralı olduğunu qeyd edib. Təşkilat bildirib ki, bu təxribat Ermənistanın işğalçılıq siyasətinin güc tətbiq etməklə davamlı olaraq həyata keçirdiyi növbəti göstərisidir:

“Belə bir addımı atmaqla Ermənistan işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədini açıq şəkildə nümayiş etdirir. Birmənalı şəkildə bildiririk ki, vəziyyətin gərginliyinə xidmət edən belə təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Polşada fəaliyyət göstərən “Azərbaycanlılar evi” təşkilatı da Ermənistanın bu hərəkətini qınayaraq, bölgədə gərginlik yaratmaqda ittiham edib. Xaricdə yaşayan soydaşlarımız da fərdi formada sosial şəbəkələr vasitəsilə Azərbaycanın yanında olduqlarını bildirib və Ermənistanın bu işğalçı hərəkətini pisləyən mövqe sərgiləyiblər.(oxu)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4846 Tarix: 13.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol