Azərbaycanlı alim: "Koronavirus xərçəng xəstəliyi yarada bilər"

Azərbaycanlı alim: "Koronavirus xərçəng xəstəliyi yarada bilər""COVID-19 insan orqanizmində xərçəng xəstəliyi yarada bilər".

Bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan "ATV Qərargah" verilişində çıxışı zamanı deyib.

Ə.Məmmədovun sözlərinə görə, virus özünü daha çox üç istiqamətdə büruzə verir:

"Əsas üç istiqamətdən biri insan orqanizmində oksigen təchizatının sürətlə azalmasıdır. İkinci istiqamət orqanizmin hormonal və immun sistemində pozuntular, üçüncü isə insan hüceyrəsinin genomunda reparasiya və mutasiyaların baş verməsidir. Baş verən mutasiyalar isə gələcəkdə xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər".

O bildirib ki, boğulmaların əsas səbəbi qanda hemoqlobin zülalının azalmasıdır:

"Bilirik ki, orqanizmdə oksigen daşıyıcısı qanın tərkibində olan hemoqlobin zülalıdır. Onun tərkibində dörd dəmir atomu yerləşir. Ağciyərlərdə qaz mübadiləsi zamanı karbon qazı xaric olunarkən oksigen dəmir atomlarına birləşir.

Virus isə birinci olaraq hemoqlobinin tərkibindəki dəmir atomlarını sıradan çıxarır və nəticədə, porfirin əmələ gəlir. Virusun tərkibində olan müəyyən maddələr porfirin ilə birləşir. Bu vəziyyətdə oksigen hemoqlobinin tərkibində qalan dəmirlə birləşə bilmir. Nəticədə, hemoqlobin oksigeni ağciyərlərdən hüceyrələrə daşıya bilmir və insanda boğulma yaranır.

Oksigen orqanlara çatdırıla bilmədiyi üçün insan həyat uğrunda mübarizəsini dayandırır. Xəstələrin bir neçə gün içərisində dünyasını dəyişməsinin əsas səbəbi budur. Sağlam insan olsa da, qısa müddətdə gedən bu proses insanların həyatını itirməsinə səbəb ola bilir".(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1739   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994