Provayderlər sosial şəbəkələrə nəzarət edəcək - VİDEO

Provayderlər sosial şəbəkələrə nəzarət edəcək - VİDEOBir müddət əvvəl ABŞ prezidenti Donald Tramp informasiyanın ləyaqətliliyi haqqında qanunda müəyyən dəyişiklik etdi: Dəyişikliyə əsasən yayılan məlumatlara görə təkcə istifadəçilər yox sosial şəbəkə provayderləri də məsuliyyət daşıyacaqlar.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Rəşad Əliyev – İT mütəxəssisi: "Yeni qanuna görə isə Trampın bir neçə gün bundan qabaq imzaladığı, yəni Amerika tərəfindən imzalanan qanundan belə bir şey çıxır ki, provayder bütün yazılan yazılara nəzarət etməlidir. Əgər kimsə bir siyasi yazı yazırsa artıq ona cavabdehlik daşıyır və provayder ona məlumat verilmədən heç bir məlumatın paylaşılmasına icazə verməyəcək".

Qeyd edək ki, hazırda ölkəmizdə Kütləvi İnformasiya Vasitələri haqqında qanunun tələbinə görə, KİV-də və internetdə yayılan məlumatı provayderin redaktə etmək hüququ yoxsdursa o məsuliyyət daşımır.

Rəşad Əliyev – İT mütəxəssisi: "Siz əgər müəyyən bir məlumat yayırsınızsa, müəyyən bir mövzu ilə əlaqədar çağırış edirsizsə və ya müəyyən bir məlumat olarsa buna siz şəxsən cavabdehsiniz provayder filterdən keçirtmək məcburiyyətində deyil. Cavabdeh olmadığına görə heç bir məsuliyyət daşımır. Əgər sizin paylaşımınızla bağlı hansısa bir şikayət gələrsə o zaman provayder tərəfindən onun qarşısını almaq üçün müvafiq tədbirlər görülə bilər".

İlhamə Həsənova – Hüquqşünas: "Sosial şəbəkə provayderlərinində məsuliyyət həddi qanunverilikdə müəyyənləşməlidir. Bəzən belə hal da olur ki, bir sosial şəbəkədə yayımlanan məlumatı digər sosial şəbəkədə yayımlayırlar. Hər bir halda buna müəyyən bir nəzarət mexanizmi işlənməlidir. Çünki yalan informasiyaların yayılmasıda cəmiyyətdə çox böyük mənfi təzadlara nəticələrə gətirib çıxarır".

Elə şəxslər var ki, onlar hətta başqa şəxslərin adından profillər açır, yalan məlumatlar yayırlar. Ekspertlər bildirir ki, bəzən bu məlumarın mənbəyini müəyyənləşdirmək çox çətin olur.

İlhamə Həsənova – Hüquqşünas: "Şəxsən bir vəkil kimi bizə çox müraicətlər olur. Elə adam var məsələn müraciət edir ki, mənim barəmdə yalan məlumat yayılıb, mənim şərəf və ləyaqətimi ləkələyən məlumat yayılıb. Biz araşdıranda ilkin mənbəyini tapa bilmirik və yaxud da ilkin mənbədə elə adam ortalığa çıxır ki, o adamın göstəricilərini əldə etmək olmur. Məsələnçün o adamın doğum ilini tapmalıyıq, o adamın yaşadığı ünvanı tapmalıyıq, tam soyadını, adını, ata adını"

Hikmət Babaoğlu – Milli Məclisin deputatı: "Bu sferada xüsusi hüququn tətbiq olunması aktualdır. Real hüquqi münasibətlərimizin və real qanunlarımızın əslində sosial şəbəkələrdəki münasibətlərimizə şamil edilməsi çox vacibdir".

Ekspertlər həmçinin bildirir ki, bu sahədə maarifləndirmə işi də mütləq aparılmalıdır.

Hikmət Babaoğlu – Milli Məclisin deputatı: "Bu prosesi ümumi beynəlxalq konvensiyalar formasında da tənzimləmək mümkündür. Çoxsaylı dövlətlərin bir araya gələrək məhz ümumi çərçivəni müəyyən etməsini düşünmək lazımdır. Hər halda mütləq oradakı iştirakçıların hüquq qarşısında cavabdehliyi də, sosial məsuliyyəti də olmalıdır və bu da mütləq və mütləq qanunla tənzimlənməlidir".

Elə son vaxtlar dünyada baş verən hadisələr də sosial şəbəkələrin rolunun çox olması, nəzarət mexanizminin yaradılmasını görünür labüd edib. Buna görə də başda ABŞ olmaqla bir çox ölkədə nəzarətin hansı formada aparılması məsələsi artıq gündəmə çevrilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1628   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

15:42 102
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

16:55 259
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

20:15 103
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

20:30 70
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 658
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 468
.

Çox dondurma yeməyin zərərləri nədir?

Dondurma yay aylarının əvəzolunmaz desertidir. Sərinləmək üçün yediyimiz dondurmadan həzz aldığımız qədər, zərərləri də var.Dondurmanın tərkibində süd və süd qatı maddələr var, ona görə də hər dəfə dondurma yeyəndə vücudunuz D vitamini, A vitamini, kalsium, fosfor və riboflavin alır. Bundan əlavə, müxtəli

18:08 174
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

20:51 16
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 34