"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və
Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində dəvət olunması Cənab Prezident İlham Əliyevin dünya miqyasındakı yüksək nüfuzunun göstəricisidir".
Bu sözləri BiG.AZ-A deputat Sədaqət Vəliyeva deyib.
O bildirib ki, səfərlə bağlı ölkə liderləri mətbuata bəyanatlarla çıxış etdilər.
"Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanla Almaniya arasındakı əlaqələrin inkişafından və ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasətindən bəhs etdi. Daha sonra Ali Baş Komandanımız İlham Əliyev Azərbaycanla Ermənistan arasında gedən sülh prosesi haqqında danışaraq delimitasiya və hətta demarkasiya prosesinin başladığını vurğuladı.Ümumiyyətlə Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və ölkəmizin Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirmişdir. Eyni zamanda Fransadan fərqli olaraq regionda sülhün bərqərar olmasında maraqlı olmuşdur.
Cənab Prezidentimiz İlham Əliyev çıxışında media azadlığı haqqında danışaraq Azərbaycanda media azadlığının təmin edildiyini diqqətə çatdırdı.
Azərbaycan insanların hüquq və azadlıqlarının, qanun aliliyinin və media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir. Baş verən istənilən hadisə ədalətli şəkildə araşdırılır və qanun çərçivəsində öz həllini tapır. Demokratik, hüquqi cəmiyyətin formalaşması, qanunun aliliyinin, insan hüquqları və sosial ədalətin təmin olunması Azərbaycan dövlətinin və birbaşa cənab Prezidentimiz İlham Əliyevin daima diqqət mərkəzində olmuşdur.
Bu istiqamətdə dövlət Başçımız rəhbərliyi altında bir sıra qanunvericilik aktları qəbul edilmiş, əfv sərəncamları imzalanmışdır.
Vurğulamaq istərdim ki, ölkəmizdə dünya ölkələrinə nümunə olacaq demokratiya mövcuddur. Ölkəmizdə insan amilinə verilən yüksək dəyərin nəticəsidir ki, Azərbaycanda sarsılmaz xalq və iqtidar birliyi mövcuddur. Bu birlik məhz cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı da özünü göstərdi. Belə ki Almaniyada yaşayan soydaşlarımız səfər zamanı cənab Prezident İlham Əliyevi böyük sevgi və coşqu ilə qarşıladı, dünya Azərbaycanlılarının prezidentinə öz sevgilərini göstərdilər. Dünya bir daha xalq iqtidar birliyinə, vətəndaş prezident sevgisinə şahidlik etdi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 539 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA
Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy
22.10.2026 302 Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan nəhəng malikanə tikdirir. Axşam.az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı malikanə ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilomet
22.10.2026 338 Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?
Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo
22.10.2026 333 Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
22.10.2026 313 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
22.10.2026 362 Sabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı
22.10.2026 298 Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti
22.10.2026 331 Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi
"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla
22.10.2026 335 Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu
22.10.2026 293